قالب وردپرس درنا توس

Yunis Səfərov terrorçudursa, Koroğlu terrorçuların lideridir! Cənab prezident, siz terrorçuya heykəl qoyubsuz?!

XALQA qan udduran Gəncənin icra hakimi Elmar Vəliyevdən alınan qisasın Azərbaycan Respublikası  tarixində əbədi iz qoyması şəksizdir.  Bunu, hətta dövlət rəsmiləri və hakimiyyətin iradəsini xalqa yeritməklə məşğul olan KİV-lər özləri də bilməyərəkdən etiraf edirlər.

Ölkənin ən amansız  İcra hakimlərindən olan Elmar Vəliyevə atdığı güllənin XALQIN əksər nümayəndələri tərəfindən alqışlamnası dövlət rəsmilərini və onlara xidmət edən media vasitələrini vadar edir ki, sözü gedən hadisəni adi “terror” və Yunis Səfərovu “terrorçu” kimi qələmə versinlər. Amma dünya xalqlarının və eləcə də Azərbaycan xalqının tarixində və folklorunda  çoxlu sayda xalq qərhəmanları  var ki, onlar da eynilə Yunis Səfərov atdığı addımı atmış, onların  addımları Azərbaycan Respublikasının tarixi və ədəbi kitablarında  qəhrəmanlıq kimi qeyd edilmişdir. Məsələn, Robin Hud, Çe Gevaro, Babək, Koroğlu və s. kimi tarixi şəxsiyyətləri  və xalq  qəhrəmanlarını buna misal çəkmək olar.

Məsələni mahiyyətini daha aydın dərk etməkdən ötrü, ölkə prezidenti İlham Əliyevin Bakıda xalq qərhəmanı Koroğluya ucaldılan heykəlinin açılışınakı nitqindən qısa bir fraqmentə nəzər salsaq yerinə düşər:

Göründüyü kimi, İlham Əlıyev Koroğlu barəsində deyir:  “Onlar bu yolu bizə göstərdilər. Bu yol ədalət yoludur. Koroğlu da haqq-ədalətin tərəfində idi. Koroğlu kasıbların tərəfində idi. Koroğlu ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət və sərkərdə idi. Gözəl vətəndaş idi…”

Sual olunur, görəsən Yunis Səfərovun addımı ilə Koroğlunun qəhrəmanlığı arasında nə fərq var?  Məgər Yunis Səfərovun zərərsizləşdirdiyi Elmar Vəliyevin zalım, ədalətsiz, kasıbların qənimi olmasına kimdəsə şübhə var?! Cənab prezident, onun komandası  və hörmətli oxucular, zəhmət olmasa aşağıdakı vidonu izləyin və Elmar Vəliyevin XALQIN başına hansı zülmləri gətirdiyinin şahidi olun:

Cənab prezident və onun komandası  əgər siz uzun illərdir XALQA zülm edən bu zalım valiyə qarşı nəinki heç bir tədbir götməmiş və onun əzdiyi, biçarə etdiyi vətənfaşın səsini eşitməmiş, əksinə bu zalımi himayə etmiş və bu gün də etməkdə davam edirsinizsə, onda XALQIN cavab tərbirindən təəccüblənməyin və bu addımların daha geniş vüsət alacağının intizarında olun.  Sizin “terror” adlandırdığınzı addımı, XALQ – qəhrəmanlıq adlandırır:

– Robin Hud da xalqa zülm edən feodal və  zadəganlar üçün terrorçu idi, amma XALQ üçün – qəhrəman!
– Çe Gevaro da Latın Amerikasını istismar edən ABŞ üçün terrorçu idi, amma  XALQ üçün – qəhrəman!
– Babək də Abbasi ərəb sülaləsi üçün terrorçu idi, amma  XALQ üçün – qəhrəman!

– Nəhayət Koroğlu da  dövrünün hökmdarı və onun yerlərdəkli valiləri üçün terrorçu idi, amma XALQ üçün – qəhrəman!

Cənab prezident və onun komandası , siz və hakimiyyətiniz əbədi deyil siniz. Mütləq sizdən sonra və ya sizi devirərək Azərbaycanda başqa bir qüvvə hakimiyyət gələcək. Təsüəvvür edin,  həmən  vaxt indiki “Heydər Əliyev sarayı”nın qarşısındakı “Heydər Əliyev heykəli”nin yerində Yunis Səfərova heykəl ucaldılır. Bu heykəlin açılışında həmən dövrün prezidenti , eynilə  İlham Əliyevin “Koroğlu” abidəsnin açılışında etdiyi nitqi edir: “Onlar bu yolu bizə göstərdilər. Bu yol ədalət yoludur. Yunis Səfərov da haqq-ədalətin tərəfində idi. Yunis Səfərov kasıbların tərəfində idi. Yunis Səfərov ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət və sərkərdə idi. Gözəl vətəndaş idi…”
Bütün bu deyilənlər sizə xülya kimi görünsə də, əmin olun ki, bu bir gün baş verəcək. Çünki Yunis Səfərov, dövrünün siyasi hakimiyyətinin düzəltdiyi “qəhrəman” deyil, XALQIN ürəyində və yaddaşında qoruyub saxladığı və özünə yer dən bir XALQ  qərhəmanıdır. Siyasi rejimlər və hakimiyyətlər gəlib-gedəndir, XALQ isə əbədi! Odur ki, Yunis öz addımı ilə – zülmə, ədalətsizliyə, haqsızlığa qarşı üsyanı ilə XALQIN yaddaşında artıq əbədiləşmişdir.

Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Azərbaycan Respublikasının hakimiyyət və güc strukturları Yunisin qanuni dövlət orqanına qarşı çıxdığını irəli sürüb bu addımın terror olmasında israr edirlər. Cənab prezident, onun komandası  və hörmətli oxucular, görəsən Robin Hud, Çe Gevaro, Babək, Koroğlu və s. kimi tarixi şəxsiyyətlər  və xalq  qəhrəmanları kimə qarşı çıxırdılar: məgər onlar da eynilə Azərbaycan hakimiyyəti kimi qanuni dövlət orqanları olan qüvvələrə qarşı çıxmırdılarmı? Elə isə necə olur onlar qəhrəman, Yunis isə terrorçu olur?

Əgər cavabını bilmirsizsə biz deyək:  onların və Yunis Səfərovun üsyan etdikləri qanuni hakimiyyət orqanları, əslində QANUNSULUQLA məşğul idilər, eynilə Azərbaycan Respublikasının bütün İcra Hakimiyyətləri kimi. O qanuni dövlətlərin rəhbərlikləri öz zalım və qaniçən məmurlarına qarşı tədbir görmədikləri üçün Robin Hud, Çe Gevaro, Babək, Koroğlu və s. qəhrəmanlar XALQA söykənərək XALQIN hüququnu və haqqını tələb etməyə qalxdılar. Eynilə Yunius Səfərov kimi.
Siz, ey əbədi olaraq hakimiyyətdə oturacaqlarını zənn edən qüvvələr, Yunis Səfərovun qəhrəmanlığına hansı don geyindirməyinizdən asılı olmayaraq, Yunis XALQ qəhrəmanıdır və onun atdığı güllə XAQLIN ürəyinin və idarəsinin səsidir və tələbidir!

Sizin iradənizin əksinə olaraq, Yunis Səfərov artıq fərq deyil, Yunis – XALQDIR! Siz onun fiziki azadlığını məhdudlaşdıra, həbs edə, hətta  öldürə bilərsiz, amma onun yolunu öldürməyə nail ola və XALQIN Yunis barəsindəki düşündüklərini dəyişə bilməzsiz. Yunis artıq XALQ dastanı, XALQ hərəkatı dır və zalımlar üçün dəhşətli kabusdur!

 

Həmid Türki

Leave a Reply

Your email address will not be published. Required fields are marked *