Yəhudipərəst “Yeni Müsavat” qəzetinin “İran Azərbaycandan nə istəyir” başlıqlı məqaləsinə cavab!

Yəhudipərəst "Yeni Müsavat" qəzeti

Bakıda çapdan çıxan “Yeni Müsavat” qəzeti İranın xarici işlərinin Bakıya səfəri ilə eyni zamanda “İran Azərbaycandan nə istəyir” başlıqlı məqalə dərc etdi. Böyük ehtimala görə, bu məqalə Azərbaycan Respublikasının prezident aparatının ictimai-siyasi şöbəsinin istiqamətiləndirməsi ilə hazırlanaraq dərc edilmişdir ki, İranın xarici işlər nazirinin Bakıya səfəri cərəyanında diplomatik danışıqlarda media təzyiqi dadlığından da faydalana bilsinlər.

 

Bakı iki əsas məsələdən İranın xarici işlər nazirinin Azərbaycan Respublikasına səfəri cərəyanına təzyiq vasitəsi kimi istifadə etmişdir: Tehranda çapdan çıxan müstəqil qəzetlərdən birinin Qarabağ separatçılarının xarici işlər naziri ilə müsahibəsi və Tehranda xüsusi müəssisələrdən birinin Qafqaz regionunun geopolitik hadisələri barədə keçirdiyi elmi konfransda erməni siyasətçilərinin və mühəqqiqlərinin iştirak etməsi, həmçinin, “Məşriq” qəzetinin Azərbaycan Respublikası məsələləri üzrə  iki eksperti ilə Bakının sionist rejimilə münasibətləri barədə müsahibəsinə etiraz etmək.

Birinci məsələyə aidiyyatı təşkilatlar tərəfindən aydınlıq gətiriləcəyini nəzərə alaraq bunu bir qırağa qoyaraq, İran İR-nın “Məşriq” qəzeti “Yeni Müsavat”-ın məqaləsinin ikinci mövzusu ilə bağlı bir sıra mülahizələri diqqətə çatdırır:

– Bakıda çapdan çıxan Yeni Müsavat qəzeti özünün anri-İran təbliğatı adətinə uyğun olaraq, Məşriq qəzeti barədə bir sıra yalan və təhrif olunmuş cümlələr işlətmiş, habelə Bakı-sionist rejim münasibətləri ilə bağlı Məşriqə müsahibə vermiş ekspertlərin bioqrafiyası ilə bağlı məlumat dərc etmişdir ki, onun bu kimi yalanlarının açıqlama və cavab verilməyə dəyəri yoxdur.

– Bakıda çapdan çıxan bu qəzet, onun öz sözü ilə desək, sözügedən müsahibədə Bakının sionist rejimi ilə münasibətlərinin “təftiş” olunmasından bərk narahat olmuşdur. Bu barədə demək olar ki, Bakı-sionist rejim əlaqələri və bu rejimin Azərbaycan Respublikasında xərçəngvari nüfuzu dəqiq araşdırılmalı, Yeni Musavatın sözü ilə “təftiş” olunmalıdır. Çünki bu qanunsuz və ziyanlı əlaqələr İran İslam Respublikasından əlavə, Azərbaycan Respublikasının və onun müsəlman xalqı üçün də təhlükəlidir. Sionist rejimin Azərbaycan Respublikasında xərçəngvari nüfuzu elə bir səviyyədə genişlənmişdir ki, bu rejim Azərbaycan və Naxçıvan ərazisindən İran əleyhinə casusluq PUA-ları qaldırır, bu ölkədən İranın nüvə alimlərini qətlə yetirmək üçün terrorçuların gediş-gəliş yeri kimi istifadə edir, İrana qarşı millətçiliyin təhriki və separatçılıq hərəkətlərinin həyata keçirilməsi üçün faydalanır. Hətta, münafiq terrorçuları da bu ölkədə yerləşdirmişdir. İran mətbuatının Bakının sionist rejimlə belə bir təhlükəli əlaqələrini araşdırmamasını, xarakterizə etməməsini, dəyərləndirməməsini, onu xalqın və dövlət məsullarının diqqətinə çatdırmamasını gözləmək, çox yersiz bir gözləntidir. Əksinə, Yeni Musavatın təbiri ilə bu əlaqələr “təftiş” olunmalıdır. Çünki Bakı və onun media alətləri yaxşı bilir ki, Bakının sionist rejimi ilə münasibətləri qanuna qarşı çıxmaq hesab olunur və “təftiş” olunmalıdır.

– Yeni Müsavatın məqaləsində qeyd olunur ki, Məşriq qəzetinə müsahibə verən ekspertlərin fikrincə: “Sanki azərbaycanlı pasiyentlər yalnız İranda və ya İranın Azərbaycanda açdığı daxma tipli tibb müəssisəsində müalicə almalı imiş!” Yeni Musavat Bakının sionist rejimlə münasibətlərinə don geydirmək üçün Azərbaycan Respublikası xalqının inam göstərdiyi İranın tibb sistemi əleyhinə mənfi təbliğat aparmaq məqsədilə belə bir iddia ilə çıxış edir. Sionist rejimin Azərbaycan Respublikası xalqının İranla hər növ konstruktiv münasibətlərindən, o cümlədən bu ölkə əhalisinin müalicə məqsədilə İrana səfər etmələrindən narahat olması gündən aydın bir məsələdir. Amma Azərbaycan Respublikası prezident aparatının ictimai-siyasi şöbəsinin qeyri-rəsmi media orqanı olan Yeni Musavatın bu ölkə əhalisinin müayinə və müalicə məqsədilə İranın tibb mərkəzlərinə müraciət etməsindən Bakı dövlətinin narahat olduğunu etiraf etməsi təəssüf doğurur və sionist rejimin Azərbaycan Respublikasının prezident apratına və bu ölkənin medialarına xərçənvari nüfuzun hansı səviyyədə olduğunu bir daha sübut edir.

– Yeni Müsavatın məqaləsində yer alan digər cümlələrdə Azərbaycan Respublikasının İranla ticarət mübadiləsinin həcminin çox məhdud olmasına, Bakının sionist rejimi ilə ticarət əlaqələrinin genişliyinə, Bakının sionist rejimindən böyük həcmdə silah almasına diqqət yetirilir, Məşriqə müsahibə verən ekspertlərin sözlərinə rişxənd olunaraq deyilir: “Sanki yalnız İranla ticarət qurmalı, Azərbaycan isə yalnız fars hərbçilərinin hələ yuxularında belə görmədikləri hərbi avadanlıqları nə vaxt istehsal edəcəyini gözləməlidir!”

Gerçəklik budur ki, Bakı və onun siqnalları həcv və rişxənd etməklə Azərbaycan Respublikasının qapılarını səxavətlə sionistlərə açmalarının, bu ölkəni cinayətkar sionist rejimin xəlvət həyatına çevirmələrinin məsuliyyətindən qaça bilməzlər. Azərbaycan Respublikasını sionist rejimin xam neft və benzinlə təmin edən əsas mənbəyə çevirmək –halbuki, Azərbaycan Respublikasının sionist rejimə verdiyi bu neft və benzinin böyük hissəsi bomba şəklində müsəlman xalqının başına tökülür–, bu ölkəni sionist rejimin silah anbarına döndərmək –bu da sionist rejimin gələcəkdə bəzi cinayətlərə al ata bilməsinə səbəb ola bilər– sionist rejimin törətdiyi cinayətlər səviyyəsində olan bir cinayətlərdir ki, “təftiş” olunması zəruridir.

– Sionist rejim rəsmiləri və mediaları dəfələrlə bildiriblər ki, Azərbaycan Respublikası ilə münasibət onlara İrana zərbə vurmaq, ya ən azından İrana qarşı psixoloji əməliyyatları icra etmək üçün lazımdır. Bu gerçəkliyi sionist rejimin müharibə naziri, sionist rejimin əsas siyasətlərini Azərbaycan Respublikasında istiqamətləndirən və əlaqələndirən Aviqdor Liberman açıqlamışdır və bir çox məşum planlarından danışmışdır. Hal-hazırda Liberman sionist rejimin Azərbaycan Respublikasında “hərbi hakimi” rolunu oynayır və o, Bakının Azərtac və digər xəbər agentliklərinə verdiyi xüsusi müsahibələrində Azərbaycan Respublikasının prezidenti, hətta ondan da yüksək səviyyədə tanıdılır. Sözsüz ki, Bakının KİV rəhbərlikləri çox yaxşı bilirlər ki, Bakının müstəqil xarici siyasət yürütməsi kimi iddiaları, son vaxtlar Qüds məsələsi kimi bir sıra beynəlxalq mövzularda manevrləri, zahiri və formal xarakterli zıqzağ verməkliyi sionist rejimin Azərbaycan Respublikası hökumətində və onun siyasətlərində nüfuzunun təsirsiz olması mənasına deyildir. Belə ki, Bakının öz xarici siyasətində müstəqil olmasını göstərmək üçün atdığı hər addımdan sonra “Cəmiyyət üçün beynəlxalq layihələr” sionist təşkilatının rəhbəri Arye Qut, Aviqdor Liberman və digər sionistlər dərhal Bakı dövlətinə bağlı KİV-dən istifadə edərək Bakının öz xarici siyasətinin müstəqil olmasını göstərmək üçün sözdə tutuduğu mövqelərinin yalan olmasını ifşa edirlər və Azərbaycan Respublikasının sionist rejimin xəlvət həyatına çevrildiyini car çəkirlər. Bakının söz və əməlindəki təzadları görmək üçün Bakı dövlətinin sionistlər və onların yerli ünsürlərinin bu günlərdə dünyanın müxtəlif yerlərində, xüsusilə də işğal edilmiş Fələstin ərazilərində “dünya azərbaycanlılarının həmrəylik günü şənlikləri” adı altında təşkil etdikləri mərasim və şənliklərdə əməkdaşlıq etməsinə diqqət etmək yetər. Bütün bunlar göstərir ki, Bakının sionist rejimlə qanunsuz və təhlükəli əməkdaşlıq və münasibətə aid cinayətini təkcə Məşriq deyil, bütün medialar və aidiyyatı təşkilatlar ciddi şəkildə araşdırır, xarakterizə edir, dəyərləndirir və Yeni Musavatın sözü ilə “təftiş” edərək onun nəticəsini hamıya elan edir.

– Bu məsələdə diqqət yetiriləcək digər bir mövzu də Bakının Tehrandakı səfiri Bünyad Hüseynovun İran İslam Respublikası əleyhinə son media sensasiyası yaratma oyunlarında özünə bağlı ünsürlərlə əməkdaşlıq edərək birbaşa rol oynamasıdır. İrandakı vəzifəsinin ilk aylarında özünü “Heydər Əliyev Fondu”nun nümayəndəsi təsəvvür edən və vəziyyəti məlum olan bu fondun siyasətlərini izləməyə təlaş edən Bünyad Hüseynov sonralar medianın onun roluna həssas olduğunu gördükdə sönmüş çırağ şəklində və özünün “MTN”, ya sabiq “KQB”-dəki keçmişindən faydalanmaqla etnik millətçiliyi təhrik etməyi və İranda bəzilərini Bakının “azərbaycançılıq” adlandırdığı səmtə yönəltməyi izləmək istiqamətində məxfi şəkildə işə başladı. Hətta İranın idman, futbol və digər sahələrinin tanınmış simalarından bir neçəsi ilə görüşməsi və onların “azərbaycançılığına” səy etməsi, sözsüz ki, aidiyyatı orqanların gözündən uzaq qalmamışdır. Bu da iti gözlərdən uzaq qalmamalıdır ki, B. Hüseynov zahirdə İransevərlik və ölkəsinin İranla münasibətlərinin yaxşılaşmasına təlaş etdiyini göstərməklə, hətta İranın bir sıra mediasında özünü müsbət şəxs kimi təqdim edə bilmiş, onların etimadını cəlb edərək Bakıya xas təbliğatlar üçün dolayı yolla İran medialarından faydalana bilmişdir. Amma B. Hüseynov son həftələrdə məlum etdi ki, ona tapşırılmış əsas vəzifəni niqab altında gizlədə bilməyəcək, hətta bəzi özünəzərər və İran mədəniyyət və sivilizasiyasını sevmək kimi təzahürlərin arxasında da gizlənə bilməyəcək. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakıya səfəri ilə eyni zamanda İran əleyhinə son media sensasiyasında B. Hüseynovun ifa etdiyi roluna, hətta Bakı medialarının bir sıra məqalələrində də örtülü şəkildə etiraf olundu. Şübhə yoxdur ki, aidiyyatı orqanlar B. Hüseynovun İranda bərqərar etdiyi zərərli əlaqələri və “nüfuz layihəsi” çərçivəsində Bakının və əslində sionist rejimin İranda beşinci sütun yaratmaq planını bundan sonra daha asanlıqla zərərsizləşdirəcək.

 

 

 

Mənbə

Leave a Response