- Cümə
Dekabr 19, 2018

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Vəhhabi-qatil Səud qəbiləsinin Kaşıkçının oğurlayacağından ABŞ kəşfiyyatının xəbəri olub

2018/10/11, 12:55

Vəhhabi-qatil Səud qəbiləsinin Kaşıkçının oğurlayacağından ABŞ kəşfiyyatının xəbəri olub

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman "Washington Post" yazarı  səudiyyəli jurnalist Camal Kaşıkçının (Xaşoqi) bəzi vədlərlə Səudiyyə Ərəbistanına qayıtmasına çalışılması, daha sonra da həbs edilməsi barədə əmr verib.

"Həqiqət" QHT (Trutn NGO) - Bu barədə "Washington Post" ABŞ kəşfiyyatına istinadla xəbər verib. Bildirilir ki, bu məlumatları gizli dinləmələrlə ələ keçirmək mümkün olüb.

Kaşıkçının bəzi dostları da son 4 ayda şahzadə Məhəmmədə yaxın Səud səlahiyyətlilərinin yazarla əlaqə quraraq onun Səudiyyəyə qayıdacağı halda təhlükəsizliyini təmin edəcəkləri, hətta yüksək vəzifəyə təyin edəcəkləri barədə vədlər verildiyini bildiriblər. Onların sözlərinə görə, Washington Post yazarı bu təkliflərə şübhə ilə yanaşıb və Səudiyyə hökumətinin ona zərər verməyəcəkləri barədə vədlərinə əsla inanmadığını deyib.

FaktXeber.com-un məlumatına görə Səudiyyə  rejiminin Kaşıkçını ələ keçirmək barədə əvvəlcədən hazırladıqları planlara dair  ABŞ-ın  əldə etdiyi kəşfiyyat məlumatları, Tramp idarəçiliyinin  jurnalisti təhlükədə olduğu barədə xəbərdarlıq edib-etmədiyi barədə suallar yaradıb.

ABŞ-da 2015-ci ildə imzalanan bir sənədə görə, kəşfiyyatçılar qaçırılma, ciddi bir şəkildə yaralanma, ya da öldürülmə  təhlükəsində olanlara xəbərdar etməlidirlər. Bunun üsün həmin şəxsin ABŞ vətəndaşı olması vacib deyil.

Adının çəkilməsini istəməyən sabiq ABŞ kəşfiyyatçısı "Kaşıkçının  saxlanılması "həbs olunma" kimi qəbul olunubsa, xəbərdarlıq edilməyə bilər, lakin dinləmələr zamanı şiddət doğuran fəaliyyət planlaşdırılıbsa, Kaşıqçıya bu barədə xəbərdarlıq edilməliydi", - deyə bildirib.

Beynəlxalq Kəşfiyyat Direktoru Ofisinin xəbərdarlıq məsələlərindən məsul şəxsləri bu barədə şərh verməyib.

Tag və ya açar söz

Vəhhabi-qatil Səud qəbiləsinin Kaşıkçının oğurlayacağından ABŞ kəşfiyyatının xəbəri olub

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter