- Cümə
Dekabr 19, 2018

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Ümumdünya Qida Proqramının icraçı direktoru Yəməndəki ağır insan durumundan təəssüf ifadə edib

2018/11/17, 11:19

Ümumdünya Qida Proqramının icraçı direktoru Yəməndəki ağır insan durumundan təəssüf ifadə edib

Ümumdünya Qida Proqramının icraçı direktoru səud qırıcıları tərəfindən xəstəxanaların və yaşayış massivlərinin mühasirə edilməsi və bombalanmasından irəli gələn Yəməndəki ağır insan durumundan, o cümlədən pis qidalanma və dərman çatışmazlığından təəssüflənib.

Həqiqət QHT (Truth NGO) - Ümumdünya Qida Proqramının icraçı direktoru Devid Bisley Əlhudəydə xəstəxanasında olandan, xəstələr və yaralılara baş çəkəndən sonra deyib: Xəstələr arasında azyaşlı uşaqlar nəzərə çarpır. Onlar pis qidalanmadan əziyyət çəkirlər. Bədənləri bir dəri, bir sümüyə çevrilib. Onlar çətinliklə nəfəs alırlar.

Bisley yəmənli uşaqların pis qidalanmadan irəli gələn son dərəcə ağır durumuna toxunaraq, deyib: Misal üçün, on yaşlı yəmənli uşaq Qazi Muhəmmədin çəkisi cəmi səkkiz kiloqramdır.

Ərəbistanın başıçılığı altında olan təcavüzkar koalisiya insan durumu barədəki beynəlxalq xəbərdarlıqlara rəğmən, iyunun on üçündə Yəmənin Əlhudəydə limanını işğal etmək üçün geniş hücumlara başladı ki, indiyədək bu ölkənin ordusu və xalq komitələri qüvvələrinin güclü müqaviməti ilə üzləşibdir.

Əlhudəydə Yəmənə humanitar yardımların daxil olduğu yeganə keçiddir.

Təcavüzkar səud koalisiyasının Yəməndəki cinayətləri BMT tərəfindən beynəlxalq səviyyədə ən pis insan böhranı adlandırılıb. Belə ki, bu ölkənin 29 milyonluq əhalisindən 22 milyon 500 min nəfəri təcili humanitar yardıma ehtiyaclıdır.

Tag və ya açar söz

Ümumdünya Qida Proqramının icraçı direktoru Yəməndəki ağır insan durumundan təəssüf ifadə edib

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter