قالب وردپرس درنا توس
Adnan Oktarın azərbaycanlı müridləri

Türkiyəli fırıldaqçı Adnan Oktarın Azərbaycan Republikasındakı manqurt casusları – Video

Bütün hadisələrin fonunda bu cür bir video görüntünün yayılması isə sadəcə olaraq ciddi suallara yol açır

 

Türkiyənin “din adamı” Adnan Oktar səhifəsində ona dəstək nümayiş etdirən azərbaycanlı tərəfdarlarının videosunu paylaşıb. Videoda Adnan Oktara dəstəklərini ifadə edən bir qrup azərbaycanlı xanım və kişilər onu sevdiklərini, hətta yolunda belə ölümə hazır olduqlarını söyləyiblər.

Maraqlı olan budur ki, illərdir din adı altında əxlaqsızlıq və fahişəliyin təbliği ilə məşğul olan, aşkar formada iyrənc əməllərini islam adı altında cəmiyyətə sırımağa çalışan Adnan Oktarın Türkiyədə son günlər dövlət səviyyəsində vurulmasına start verilməsinə baxmayaraq, onun burada ələ alınan müridləri “hoca”larına aşkar formada dəstəkverməkdən belə çəkinmirlər. Sözügedən videoçarx Adnan-Oktarın səhifəsində paylaşıldıqdan bir neçə dəqiqə sonra sosial şəbəkələrdə ciddi tənqidə səbəb oldu və bu işi görənlər ən kəskin formada qınanıldı. Bundan sonra isə sözügedən video səhifədən silindi.

Hazırda Türkiyədə hər kəs bu şəxsin İslamın adına yaraşmayan təbliğatlarla məşğul olmasına qarşıdır. Bu barədə istər ayrı-ayrı şəxslər, istərsə də qruplar halında kampaniyalar başlayıb. İnsanlar Adnan Oktarın A9 telekanalında yayımlanan əxlaqsız verilişini 4592 dəfə Türkiyə Radio Televiziya Qurumuna şikayət ediblər.

Bundan əlavə Türkiyə Diyanət işləri rəhbəri Ali Erbaş da Adnan Oktarın psixoloji vəziyyətinin yerində olmadığını vurğulayıb.

Son verilən qərarla Adnan Oktarın yayımladığı veriliş dayandırıldı və kanala da külli miqdarda pul cəzası tətbiq olundu. Bütün hadisələrin fonunda bu cür bir video görüntünün yayılması isə sadəcə olaraq ciddi suallara yol açır..

 

 

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *