Trampdan növbəti tərbiyəsizlik!

ABŞ-ın irqçi prezidenti Donald Tramp Ağ Evdə miqrantlarla bağlı keçirdiyi görüşdə Haiti, El Salvador və spesifik Afrika ölkələrini zir-zibil ölkələri adlandırıb.

 

Cümə axşamı senatorlar Linsi Qrehem və Dik Durbin Ağ Evdə Trampla görüş zamanı Haiti, El Salvador və bəzi Afrika ölkələrindən olan miqrantların miqrasiya toxunulmazlığını təklif ediblər. Bu zaman Tramp qəzəblənib və belə bir sual verib.

“Bütün bu zir-zibil ölkələrdən olan insanlar bizim nəyimizə lazımdır?!” Tramp, sonra təklif edib ki, Amerika öz ərazisinə, məsələn Norveç kimi ölkələrdən olan çoxlu sayda insanları gətirməlidir.

O, həmçinin Ağ Ev rəsmisinə baxaraq deyib ki, ABŞ ərazisi həmçinin Asiya ölkələrindən olan miqrantların üzünə də açıq olmalıdır, çünki onlar iqtisadi cəhətdən Amerika Birləşmiş Ştatlarına kömək edir.

“Bu qədər haitililər bizim nəyimizə lazımdır. Onları bayıra atın” – deyə görüşdən məlumatlı olan şəxslər Trampın dediyi bildiriblər.

Trampın Haiti və Afrika ölkələrinəzir-zibilı deməsi artıq bütün dünyada tənqidlərlə qarşılanıb. BMT Ali Komissarlığının ofisi Trampı nasist adlandırıb. NBC News  bildirib ki, Haiti höküməti bununla əlaqədar olaraq ABŞ-ın nümayəndəsini çağırıb. Afrika Birliyi isə Trampın bu sözlərilə bağlı narahatlığını bildirib.

 

 

 

Mənbə

Leave a Response