- Cümə
Dekabr 19, 2018

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Təl-Əvivdə nümayişçilər Netanyahunu istefaya çağırdı

2018/11/17, 11:53

Təl-Əvivdə nümayişçilər Netanyahunu istefaya çağırdı

Qəzza ətrafındakı Yəhudi yaşayış məntəqələrindən gələn təxminən 400 etirazçı Təl-Əvivin mərkəzindəki əsas yollardan birini nəqliyyata bağlayaraq, regionlarında təhlükəsizliyin təmin olunmaması səbəbiylə İsrail Baş naziri Benyamin Netanyahu əleyhinə aksiya keçirib.

Həqiqət QHT (Truth NGO) – Regionlarında təhlükəsizliyin hər keçən gün pisləşdiyini bildirən nümayişçilər tez-tez "Bibi (Netanyahu) evinə dön, sənə ehtiyacımız yoxdur", "Bibi istefa, cənub yanır" kimi şüarlar səsləndirərək, Baş naziri hədəfə alıb.

İsrailin cənubunda Qəzzaya yaxın ərazilərdə yəhudi yaşayış məntəqələrində təhlükəsizliyin təmin olunmasında Netanyahu hökumətinin yetərsiz qaldığını qeyd edən nümayişçilər "Cənub daha artıq səssiz qalmayacaq" yazılı plakatlar açıb. Son yaşanan gərginlikdən sonra fələstinli qruplar ilə İsrail arasında əldə olunan atəşkəsi də tənqid edən nümayişçilər Netanyahunu istefaya çağırıb.

Polis ilə nümayişçilər arasında gərginliyin də yaşandığı etiraz səbəbilə Təl-Əviv şəhərinin mərkəzindəki bəzi yollarda nəqliyyat sıxlığı yaranıb. /Eastnews/

Tag və ya açar söz

Təl-Əvivdə nümayişçilər Netanyahunu istefaya çağırdı

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter