قالب وردپرس درنا توس

Suriya ordusu ötən gecə İsrailin atdığı 9 raketin hamısını vurub – Video

Ötən gecə Suriyanın Homs əyalətində Şueyrat və Dəməşqətrafı əyalətdə Dmeyr hava limanları 9 ədəd raketlə hədəfə alınıb.

Suriyada döyüş cəbhələrinin proseslərini yaxından izləyən “əl-İlam əl-Hərbi” adlı media qurumları xəbər verir ki, havadan müdafiə qüvvələri  raketlərin hamısını zərərsizləşdirib.

ABŞ Müdafiə Nazirliyi hava zərbələrinin olduğu bölgədə heç bir faliyyətinin olmadığını bildirib.

Buna əsasən ekspertlər təcavüzün İsrail tərəfidnən baş tutduğunu bildirirlər.

Qeyd edək ki, İsrail ara-sıra Livan səmasından və işğal edilmiş Colan Yüksəkliklərindən Suriyanın bəzi bazalarını hədəfə alır. Suriya iki ay öncə təcavüz edən F-16 təyyarələrindən birini yerə sala bilmişdi. Buna görə İsrail təyyarələri təcavüzləri adətən Suriya hava məkanına girmədən həyata keçirir.

ABŞ da iki dəfə, ötən il və cari ayın 13-də kimyəvi hücum bəhanəsilə Suriyanı qanadlı raketlərlə hədəfə almışdı.

Rusiya Müdafiə Nazirliyi ABŞ-ın son təcavüzündə atılan 105 raketdən 71-in vurulduğunu bildirmişdi.

 

 

 

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *