Struktur

Qloballaşma əsrində xalq diplomatiyası  dövlətlərin mülahizələrini nəzərə almadan, ictimai xadimlər və fəallar arasında əlaqə qurulması imkanını yaradır. Bu səbəbdən də biz, dünyanın müxtəlif yerlərindən  olan bir qrup beynəlxalq hüquq və beynəlxalq əlaqələr üzrə vəkil, hakim, universitet müəllimi və həmçinin jurnalistlər və siyasi analitikləri bir yerə toplayaraq 2014-cü ildə “Həqiqət” adlı qeyri-hökumət təşkilatını yaratmaqla, çalışdıq ki, öz məhdud bacarıq və imkanlarımıza çərçivəsində,  ali məqsədlərimiz naminə bütün dünya səviyyəsində insan hüquqları məsələlərinə yeni baxış bucağı ilə nəzər salaq.

Çalışırıq ki, dövlətdən asılı olmayan müstəqil hədəflərə malik olaq və öz xərclərimizi qeyri-dövlət ictimai qurumları tərəfindən təmin edək. Heç bir maddi maraqları olmayan, yalnız insan hüquqlarının müdafiəsi uğrunda hiss etdikləri məsuliyyətləri səbəbindən bizimlə əməkdaşlıq edən universitet müəllimləri və fəxri repartyorlar vasitəsilə çalışırıq elə bir təşkilat yaradaq ki, humanitar və insan hüquqları uğrundakı hədəflərimizi təmin etsin. Bu səbəbdən də çalışırıq ki, “Həqiqət” QHT sabit struktura malik olmayan, daha çox bir yerə toplanmış eyni əqidəli şəxslərdən ibarət bir təşkilat olsun. Bizimlə əməkdaşlıq etmək istəyən bir bir şəxsi öz sıralarımızda görməkdən çox şad olardıq.

Bundan əlavə,  ictimai fikrin formalaşmasında kütləvi informasiya vasitələrinin mühüm rol oynadığını nəzərə alaraq, beş dildə – ingilis, fransız, ispan, rus və azərbaycan dillərində fəaliyyət görsədən “Həqiqət” saytının hörmətli oxucuları ilə qarşılıqlı əlaqə məqsədilə maraqlı xəbərlər və müsahibələri dərc edirik. Gələcəkdə saytımızda alman, holland və isveç dillərində də səhifələr fəaliyyət göstərəcəkdir.

Hal-hazırda  “Həqiqət” QHT-nin beynəlxalq koordinatoru İran universitetlərində beynəlxalq hüququ tədris edən elmlər doktoru professor Qulamrza Xacidir.