قالب وردپرس درنا توس
Sionist-vəhhabi ittifaqı: Netanyahu iranlıların həcc mərasimində iştirak etməmələrinə sevinib

Sionist-vəhhabi ittifaqı: Netanyahu iranlıların həcc mərasimində iştirak etməmələrinə sevinib

Benyamin Netanyahu deyib: Biz iranlı hacıların həccdə iştirak etməmələrinə sevinməyimizi gizlətmirik.

 

Sionist rejimin baş naziri «Times of Israel» qəzetilə müsahibədə ümidvarlıq edib ki, Ərəbistanın yeni siyasəti sayəsində İsrail rejimi ilə ərəb ölkələri arasında sülh və saziş bərqərar olacaq.

Netanyahu Ərəbistan tərəfindən icad olunmuş üzdəniraq “həcc; sülh müraciəti” adlı kampaniyanı yüksək qiymətləndirərək, deyib: Bu addım İslam ilə digər dinlər, xüsusən yəhudilik arasında beynəlxalq sülhün bərpası üçün real addım ola və tezliklə İsrail rejimi ilə islami ölkələr arasında sülh ilə nəticələnə bilər!

Əlaləm telekanalının məlumatına görə, Netanyahu sonra belə etiraf edib: Biz iranlı hacıların həccdə iştirak etməmələrinə sevinməyimizi gizlətmirik. O, sonra belə iddia edib: Əminik ki, son onilliklərdə Yaxın Şərqdə sülhə əsas maneə, İran olubdur.

 

 

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *