قالب وردپرس درنا توس

Sionist-vəhhabi işbirliyi… İsrail və BƏƏ səfirləri ABŞ-da bir araya gəldi

İsrail ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ABŞ-dakı səfirləriABŞ-ın Milli Təhlükəsizlik Məsələləri üzrə Yəhudi İnstitutunun (JINSA) Vaşinqtondakı axşam yeməyində bir araya gəlib. Bu barədə İsrail rejiminin “Haaretz” qəzeti xəbər verib.

“Həqiqət” QHT (Trutn NGO) – Xəbərə görə, BƏƏ-nin Vaşinqtondakı səfiri Yusif əl-Uteybə ilə İsrailin Vaşinqtondakı səfiri Ron Dermer dünən axşam JINSA-nın ABŞ-da keçirilən illik axşam yeməyində eyni masada və yan-yana oturub.

Xəbərdə BƏƏ-nin İsrail ilə diplomatik əlaqəsinin rəsmi şəkildə olmadığına diqqət çəkilərək, “İsrail ilə rəsmi münasibətləri olmayan ərəb ölkələrindən olan rəsmiləri israilli rəsmilərlə birlikdə görmək nadir haldır”, – sözləri qeyd edilib.

Eastnews.org-un verdiyi xəbərə görə, Uteybə ilə Dermerin “səmimi söhbət etdikləri” bildirilən xəbərdə eyni masada Misirin Vaşinqtondakı səfiri Yasir Rıdanın da olduğu bildirilib.

“Haaretz” qəzeti Uteybə və Dermerin ABŞ-dakı ən fəal iki diplomat və başda Donald Trampın kürəkəni Cared Kuşner və dövlət katibi Mayk Pompeo olmaqla, Trampın başçılıq etdiyi ABŞ rəhbərliyi ilə yaxın əlaqələrə malik olduğuna diqqət çəkib.

Xəbərdə İsrail ilə BƏƏ-nin ABŞ ilə olan yaxın münasibətləriylə yanaşı, bu iki ölkənin İrana və Yaxın Şərqdəki nümayəndələrinə olan düşmənçilikləri məsələsində də ortaq məxrəcdə görüşdükləri qeyd edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *