Sionist-vəhhabi işbirliyi genişlənir: Ər-Riyad və Tel-Əviv arasında uçuşlar başlayır

Sionist-vəhhabi işbirliyi genişlənir: Ər-Riyad və Tel-Əviv arasında uçuşlar başlayır

Sionistlərə aid Yediot Ahranot qəzetinin iyunun 15-də dərc etdiyi xəbərə görə, Tel-Əviv Ər-Riyad arasında uçuşlar başlayacaq.

 

Qəzetin bildirdiyinə görə, bu il fələstinli hacıların Tel-Əvivdəki Ben Qurion aeroportundan Səudiyyə rejiminə birbaşa aparılması üçün təyyarə səfərləri təşkil olunacaq.

Qəzetin yaydığı xəbərə görə İsrail rejimi ilə Səud qəbiləsi arasında normallaşma prosesinin başlanğıcı olacaq bu addım Səudiyyə rejimi üçün də bir ilk sayılacaq. Qəzet bunun üçün son vaxtlar ABŞ, Fələstin Muxtariyyəti, Səudiyyə rejimi, İordaniya və İsrail rejimi arasında gizli görüşlərin keçirildiyini bildirib.

Qəzetin xəbərinə görə İsrail rejimi ilə Səud qəbiləsi arasında rəsmi olaraq birbaşa əlaqə olmadığı üçün bir çıxış yolu olaraq hələlik təyyarələrin İordaniyanın paytaxtı Amman hava limanına qısa müddətə enəcək və oradan Səudiyyə Ərəbistanı istiqamətinə uçuşları reallaşdıracaq.

Xəbərdə ilkin mərhələdə təyyarələrin İsrail rejimi və ya Səudiyyə rejiminin aviasiya şirkətlərindən birinə aid olmayacağı qeyd olunub. Uçuşların başqa bir ölkənin aviasiya şirkətinin tərəfindən təşkil olunacağı vurğulanıb.

Qəzet sonrakı mərhələdə işğal altındakı Fələstin torpaqları üzərindən Səudiyyə Ərəbistanına birbaşa səfərlərin təşkil olunmasının planlaşdırıldığını qeyd edib.

Bu arada, İsrail rejiminin nəqliyyat və kommunikasiya naziri İsrael Katz ABŞ nümayəndəsinə “sülh kəməri” adlandırdıqları bir regional dəmir yolu layihəsi təqdim etdiklərini söyləyib. Verilən məlumata görə, bu dəmir yolu layihəsi işğal altındakı torpaqlardan İordaniyaya, oradan da Səudiyyə Ərəbistanına uzanacaq.

 

 

 

Mənbə

Leave a Response