قالب وردپرس درنا توس
İsrail 11 yaşlı Cenanı `təhlükəli insanlar` siyahısına salıb

Sionist rejimi İsrail 11 yaşlı fələstinli qız uşağını “təhlükəli insanlar” siyahısına salıb – Foto

İsrail rejimi “Hənzələ cəsarət mükafatı” almış, hazırda məhkəməsi gedən Əhəd ət-Təmiminin 11 yaşlı xalası qızı Cena Cihad Ət-Təmimini də gələcəkdə İsrail üçün təhlükə yaradacaq şəxs kimi qiymətləndirir.

 

İsrailin “Kanal 2” televiziyasının xəbərinə görə, İsrail Strateji İşlər Nazirliyinin hesabatında İordan çayının qərb sahilində yaşayan Cena haqqında “təhlükəli şəxs” deyə bəhs edilir.

Hesabatda göstərilir ki, Cena, 2012-ci ildə böyük qardaşı həbs edildikdə İsrail əsgərlərinə qarşı göstərdiyi mövqeyinə görə dünyada “Fələstinli cəsur qız” olaraq tanınan Əhəd ət-Təmiminin eynisidir.

Nəbi Saleh bələdiyyəsində yaşayan Cena telefonla İsrailin fələstinlilərə qarşı hərəkətlərini qeydə alaraq internetdə yayımlayır. Onun yayımladığı foto və videolar on minlərlə insan tərəfindən izlənilir.

Bütün bunlar isə İsrailin bir qız uşağını “təhlükə” kimi görməsinə səbəb olur.

Cinanın anası Nəval ət-Təmimi isə İsrailin hesabatının fitnəkar olduğunu söyləyərək, bunun qızının həyatını təhdid etdiyini vurğulayıb.

“Cena İsrail üçün təhlükə yaradır. Çünki İsrailin fələstinlilər haqqında yaratmağa çalışdığı portreti dağıdır. Cena dünya xalqlarına mesaj göndərməyi bacardı”, – deyə bildirən Morqantini, beynəlxalq ictimaiyyəti İsrailin fələstinlilərə qarşı etdiyi cinayətlərə qarşı lazımi addımlar atmağa çağırıb.

 

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *