قالب وردپرس درنا توس

Səudiyyənin Qaşıqçını öldürməsinə etirazlar artır: Mətbuat və iş dünyası Səudiyyəni boykot edir

Səudiyyə Ərəbistanının İstanbul konsulluğunda öldürüldüyü güman edilən jurnalist Camal Qaşıqçı ətrafında yaranan qalmaqal Ər-Riyada olduqca baha başa gələcək.

“Həqiqət” QHT (Trutn NGO) – Artıq Səudiyyənin milyardları və bahalı silah müqavilələri bu məsələdə kömək etmir.

Ər-Riyada son zərbə şahzadə Məhəmməd bin Salmanın təşkil etmək istədiyi bir konfransla bağlı dəyib.

Belə ki, ABŞ və Böyük Britaniyanın iri media qurumları şahzadə tərəfindən təşkil olunan və “Çölün Davosu” kimi təqdim edilən “Gələcəyə sərmayə təşəbbüsləri” (Future İnvestment İnitiative) adlı konfransa mətbuat dəstəyi verməyəcəklərini açıqlayıblar.

“Yeni Müsavat”ın verdiyi xəbərə görə, CNN və CNBC-nin konfransa qatılmayacağı artıq kəskinləşib.

Hər iki media nəhəngi məhz Camal Qaşıqçı məsələsinə görə bu addımı atdıqlarını özlərinin “tvitter”dəki rəsmi hesablarından bildriblər.

Böyük Birtaniyanın “Financial Times” qəzetinin top meneceri Finola Makdonnel da Camal Qaşıqçının aqibətinin bəlli olmadığı təqdirdə Ər-Riyaddakı tədbirə getməyəcəklərini bəyan edib.

“Uber” şirkətinin baş meneceri Dara Xosrovşahi konfransa qatılmayacaqlarını bəyan edənlərə qoşulub.

“The Economist” jurnalının baş redaktoru Zanny Minton da konfransın çıxışçıları arasında yer almayacağını açıqlayıb.

Xatrıladaq ki, Səudiyyə Ərəbistanının baş tutmasını çox istədiyi bu tədbiri ilk boykot edən qəzetlər “The New York Times”, “Huffungton Post” və “Los Angeles Times” olmuşdu.

Konfransın digər ortaqları arasında ABŞ-ın “Bloomberg”, “Fox Business Network”, Yaponiyanın “Nikkei”, BƏƏ-nin “Əl Ərəbiyə” kimi önəmli media qurumları qalıb.

Qeyd olunur ki, bu konfrans Ər-Riyadda 23-25 oktyabr arasında keçirilməlidir. Burada şahzadə Məhəmməd bin Salman ölkə iqtisadiyyatının neftdən asılılığını qurtarmaq yolunda öz layihələrini təqdim edəcək.

Konfransı yalnız mətbuat nümayəndələri deyil, iş adamları, siyasi ekspertlər də boykot edir. Bunların araaında ABŞ-ın keçmiş enerji naziri Ernest Monits, Avropa Komissiyasının keçmiş sədr müavini Neelie Kros kimi isimlər də var.

Hər iki şəxs Səudiyyə Ərəbistanın 500 milyard dollarlıq NEOM layihəsində yer almayacaqlarını da bəyan ediblər. (NEOM Səudiyyə Ərəbistanın ölkənin şimalında tikmək istədiyi böyük turizm və iş mərkəzi layihəsidir)

Bundan başqa, şəhərləşmə ilə bağlı innovativ planların təşkilatçısı “Sidewalk Labs”ın qurucusu Dan Doktorof layihədəki iştiraklarını durdurub.

Sərmayə və texnologiya şirkətlərindən sayılan “Virgin” qrupunun təsisçisi, Riçard Branson Səudiyyə Ərəbistanında başladığı iki turizm layihəsinə son verdiklərini açıqalyıb.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *