Səudiyyə Ərəbistanı Myanmada nə edir?

“Ulusal Türkiyə” xəbər agentliyinin Tehran nümayəndəsi Yaqub Aslan Myanmar hadisələrini  şərh edir.

 
Yaqub Aslan deyib: “Geridə qoyduğumuz həftə Myanma müsəlmanlarının dərd və qəmi islam ölkələrinin gündəminə səbəb olmuşdu. Türkiyə mediaları bu xəbərləri geniş surətdə əks etdirdilər və Arakan müsəlmanlarına nisbət verilən fotolar ölkənin sosial şəbəkələrində paylaşıldı.

Əslində buna oxşar fotolar öncələr Suriya barədə də paylaşılmışdı, hansı ki, bu barədə sonuncu fotolar Hələbin azad olunması zamanı yayımlanmışdı. Bu səbəbdən bu fotoları dəqiq araşdırmaqla məlum oldu ki, bu fotoların əksəri saxta və qondarmadır və başqa zaman və məkana aiddir.

Ağıla gələn sual budur ki, “Arakanda insanlar öldürülür, ev və vətənlərindən didərgin düşür, lakin bu xəbər niyə bu qədər güclü formada gündəmə gətirilir? Və niyə bu məsələ öncələr saxta kompaniyalar formasında təbliğ olunurdu?”

Bu məsələni araşdırdığımız zaman bir sıra həqiqətlərə əl tapmışıq. Bunları sizinlə bölüşürük:
Myanma hadisələrini araşdırdığımız zaman məlum olur ki, Arakan bölgəsində baş verən qarşıdurmalar uzun illərdir ki, davam edir və bu qarşıdurmanın alovlanması Fars körfəzi ölkələrinin bu bölgədə Qurban bayramından öncəki fəaliyyətlərinə qayıdır. Arakan müsəlmanlarının qətliamı “Arakanın Rohinca bölgəsinin Azadlıq Ordusu” (ARSA) tərəfindən polis dayanacaqlarına hücumundan sonra baş verdi. Məlum oldu ki, Fars körfəzi ölkələrinin bu layihəsi ölkənin təbii mənbələrini, bölgənin neft və qazını boşaltmaq və mənimsəmək üçün cızdıqları bir plandır.
Adı çəkilən ordu (ARSA) Səud rejimi tərəfindən dəstəklənir. Ordunun nəzarəti Pakistan təvəllüdlü rohicalı Ətaullah əbu Əmmar Cononiyə tapşırılıb. Bu şəxs Məkkədə böyüyüb və Səudiyyə vətəndaşlığına sahibdir. Rəsmi Riyad bu şəxsə və ordusuna dəstək verməklə Arakan hadisələrindən öz mənafeyinə uyğun olaraq faydalanır və yeraltı sərvətə sahib olan bölgələri öz nəzarətləri altına alaraq, təhlükəsizlik məkan olaraq ələ keçirmək istəyirlər.

Səssiz çevrilişlə ölkənin vəliəhdlik postunu ələ keçirən Muhəmməd bin Salman, Səudiyyə Ərəbistanının 2030 layihəsinə əsasən, rəsmi Riyadın Arakanda yatırdığı 8 illik investisiyalardan bəhrə almaq üçün “ARSA” ordusundan maksimum istifadəni aparır. Ali-Səud xanədanı barədə yayılmış gizli sənədlərə əsasən, “Azadlıq Orudusu” son 25 ildə Arakan polis bölmələrinə hücumlarının göstərişini bir başa Riyaddan alıb. Bu sənədlərə əsasən Ali-Səud, 2009-cu ildə köçkün həyatı yaşayan 500 min rohincalıya dəstək verərək, onların Arakanda olan ehtiyaclarını ödəyib. Əbu Əmmara tam dəstək verən Səud rəsmiləri, Arakanda ciddi nüfuz sahibidirlər.
Əldə olunan sənədlərə əsasən, bu bölgənin bütün mediaları Riyad tərəfindən yaradılıb. Ölkəsinin “2030” layihəsini düşünən Muhəmməd bin Salman yeraltı sərvətlərin mənbəyi olan Arakanı insandan boş bir bölgəyə çevirmək niyyətindədir. MEE saytının bu barədə yayımladığı xəbərə əsasən, Səud sərmayədarının neft və qaz hakimiyyətinə nəzarət etmək istəkləri Bənqal körfəzi ilə məhdudlaşmır. Ali-Səudun neft şirkəti “Aramko” Myanma enerji bazarına hakim olub. Həmçinin Muhəmməd bin Salman bir tərəfdən öz bölgə müttəfiqi olan BƏƏ-ni Myanmada investisiya yatırmağa həvəsləndirib, digər tərəfdən isə Rohincanın dəyərli ərazilərini satın alıb. Bir halda ki, Əbu Zəbinin “əl-Mərvan” şirkəti Myanma dövlətilə Rohincada magistral yol və hotel inşa etmək barədə razılaşıblar. Rəsmi Riyad da Arakan müsəlmanlarının torpaqlarına göz tikərək, bu əraziləri satın alıb.
ABŞ-ın Beynəlxaq Ticarət Departamentinin üzvü Aneh Gilman bu barədə bildirib: “Ali-Səud Rohincanı öz ölkəsinə qoşmaq və bu bölgəni Səudiyyənin qida məhsullarının təmini üçün təhlükəsiz məkan kimi istifadə etmək istəyir. Səudiyyə Ərəbistanı öz iqtisadi böhranını Arakan müsəlmanlarının torpaqlarını ələ keçirməklə təmin etmək istəyir.

Əgər Myanma məsələsinə bu prizmadan baxılsa bu böhranı düzgün təhlil etmək asanlaşar.”

 

 

 

 

Mənbə

Leave a Response