Səud qəbiləsinin Yəməndəki vəhşlikləri: 800 günə 33 min 395 ölü və yaralı

Səud qəbiləsinin Yəməndəki vəhşlikləri: 800 günə 33 min 395 ölü və yaralı

Yəmən QHT-lərindən biri Səudiyyə Ərəbistanının bu ölkəyə olan hücumu barədə geniş hesabat hazırlayıb.

  

Ölkənin “Hüquq və İnkişaf” mərkəzi, Səud rejiminin Yəmənə hücumunun 800-ci günü ilə bağlı hesabat yayıb.

Hesabata əsasən bu müddət ərzində 33 min 395 ölü və yaralı qeydə alınıb.

Ölənlərin 2 min 689-u uşaq, 1942-si qadın, 7 min 943-ü isə kişidir. Bu say yalnız mülkü vətəndaşlara aiddir.

Yaralanan 20 min 820 vətəndaşdan 2 min 541-i uşaq, 2 min 115-i qadın və 16 min 164-ü kişi olub. 2.5 milyon vətəndaş da köçkün həyat tərzi sürür.

Hücumlar nəticəsində 746 məscid, 775 məktəb və təhsil ocağı, 114 universitet, 103 idman kompleksi, 15 havalimanı, 207 tarixi abidə, 294 xəstəxana, 404 min 485 yaşayış mənzili, 733 körpü və yol, 1633 dövlət mərkəzi, 1784 əkin sahəsi, 552 bazar, 289 fabrik və 318 yanacaq doldurma məntəqəsi xəsarət alıb.

 

 

 

 

Mənbə

Leave a Response