قالب وردپرس درنا توس

Qapanmayan yara: Srebrenitsa qətliamı – Foto 18+

Bugün XX əsrin ən böyük cinayətlərindən birinin – Srebrenitsa qətliamının beynəlxalq anım günüdür.

Bu dəhşətli qətliamdan artıq 23 il keçir. 8 min 372  bosniyalı müsəlmanın serblər tərəfindən qətliam edilməsi 11 iyula təsadüf edir. 1995-ci ildə Ratko Madiçin komandirliyi ilə Bosniya Hersoqaviniyanın şərqində Serebrenitsada dəhşətli soyqırım törədildi. 1991-95 -ci illər ərzində sürən Yuqaslaviyanın vətəndaş müharibəsində  Serbler yüzlərlə qadına və qıza təcavüz ediblər. Bir gün içərisində 20000 insanı Serbiyadan qaçqın ediblər.

Soyuq müharibənin başa çatması ilə fedaral dövlət olan Yuqaslaviyanın da dağılmasına səbəb oldu. Yuqaslaviyanın tərkibində olan Bosniya 1992-ci ilin fevral ayında  referendumla öz müstəqilliyini elan etdi. Lakin Bosniyanın müstəqiliyini tanımayan serblər Saray-Bosniyanı mühasirə alaraq 3 illik müharibəyə başladılar.

1995-ci ilin iyul ayında İkinci Dünya Müharibəsindən sonra 8oooo çox insanə qətlə yetirən serblər ən böyük soyqırıma imza atdılar. Onlar bu müharibə cinayətini elə Avropanın gözləri önündə etdilər.

Serb hücumlarından qaçan minlərlə bosniyalı BMT-nin”təhlükəsiz bölgə” adı ilə yaratdığı və 400 hollandiyalı sülh qüvvələri tərəfindən qorunan Srebenitsaya sığındılar. Onlardan 25000 bir akumlyator fabrikinə yerləşdirildi. Lakin tezliklə onların hamısı elə bu sülh qüvvüləri tərəfindən Ratko Mladiç adlı serb komandirinə təslim edildi. Burada insanlar kütləvi olaraq qırıldı. Hollandiyalı hərbçi Thom Karremans onlara sığınmış 25 min qaçqını serblərə təhvil verib.

Serebintsadan Tuzlaya qaçmaq istəyən 12000 çox bosniyalı dağlıq məkanda demək olar ki, tək-tək ovlandılar. Bu qaçaqaçdan 3800 bosniyalı canını qurtara bildi. Serebrintsadan Tuzlaya gedən yolda 10 gün içində 10000 çox insan qətl edildi. Bu soyqırım Avropa tarixində ilk sənədləşən soyqırım olub.

Bosniyada 3 il davam edən müharibədə 312000 insan həlak olub. 2 milyon insan evindən qaçqın düşdü. 27234 insan ümumiyyətlə itkin düşdü. Kütləvi məzarlıqlarda 20000 çox insanın cəsədi aşkarlanıb. Onlardan 18000-nin şəxsiyyəti müəyyənləşdirilib. Yerdə qalanların şəxsiyyətinin müəyyənləşdirilməsinə yandırılıb basdırılmaqları səbəb olub. Hər il yenə orada kütləvi və müstəqil qəbirlər aşkarlanır

 

Mənbə

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *