Qəbiləsayağı medialar və media qəbiləsi

Qəbiləsayağı medialar və media qəbiləsi

Bin Zayidin, Ondan İsrail barədə sual soruşan jurnalistə göstərdiyi münasibət ərəb göydələnlərindən və BƏƏ-nin bpyük binalarından daha təccüblüdür.

 

Buna görə təəccüblüdür ki, bin Zayid bu qadın jurnalisti boğmaqla hədələyib.
Şübhəsiz ki, ərəb rəhbərləri heç bir tənqidi qəbul etməyə hazır deyillər. Başqa sözlə desək, bu siyasi strukturda müstəqil və tənqidçi mediaların yeri yoxdur.

Ərəb şeyxlərinin vətəndaşlarla münasibəti malik və qul münasibətləri kimi bir tərəflidir. Elə bu səbəbdən özlərini cavabdeh hesab etmirlər. Bu ölkələrdə olan jurnalistlərin vəziyyəti çox təəssüf doğurandır.

Bölgənin ən çox mediasına sahib olan səudiyyəlilər, ən az məlumata sahib olan xalqdır. Bu ölkədə yeganə məlumat mənbəyi sosial şəbəkələrdir. Ölkə TV kanalları ya musiqi ya da amerikan filmləri yayımlayırlar.

Təəccüblüsü budur ki, Londonun (S.Ərəbistanına bağlı) “Al Hayat” qəzeti eyni anda 2 formada nəşr olunur. Biri qeyri əxlaqi fotolarla Londonda, digəri isə fərqli şəkildə Səudiyyədə.

Bu qəzetin Londonda olan çapı Səud şahzadəsinin ABŞ-a səfərindən və ölkə məmurlarıyla əlaqəsində yazır, lakin Səudiyyə çapı kralın Məkkədə olan fotolarını yayımlayır.

Bəhreyndə jurnalistlər edam olunmasalar, həbs olunurlar.

BƏƏ-də qəzetlərin ilk səhifələri bin Ziyad və xanımının fotolarıyla bəzədilir və onların xeyriyyə cəmiyyətlərinin kimsəsiz uşaqlara etdiyi yardımlardan söz açılır. Lakin inilis dilində olan qəzetlər daha çox bin Zayidin paltarının növü və Onun ingilis qadınlarıyla olan əlaqəsində yazmağa üstünlük verirlər.

Morokkoda heç bir medianın tənqid etməyə cürəti yoxdur. Kralın Qara Daşı öpdüyü və uşaqlara yemək verdiyi şəkillər yayımlanır. Londonun “Times” qəzeti Onun gey klublarda fərqli paltarlarla olan fotolarını yayımlayır.

Dubayda media şəhəri mövcuddur. Bütün kanallar azad olaraq daxili məsələlərdən başqa hər mövzu barədə məlumat yaya bilərlər.

Qətərin “Əl Cəzirə” kanalı ərəblərin ən mühüm mediası olaraq tanınır. Bu qəzeti dünyada baş verən bütün hadisələr barədə, hətta ölkədə azadlığın olmamasını tənqid edən xəbərlər yayımlayır. Lakin ölkədə baş verən hadisələr barədə susur.

Bu qadın timsalında kimsə tənqid etmək istəsə boğulması və ya həbs olunması təbiidir. Ərəb cəmiyyətində medialar əsas 2 növdürlər: Bəziləri dini, bəziləri isə əyləncə xarakteri daşıyır. Dini mediaların da əsas mövqeyi islam dünyasında ixtilafların qabardılması, məzhəb arası birliyin pozulması, təkfirçilik təfəkkürünün artmasıdır.

Əyləncə xarakteri daşıyan medialar isə bayağılıqla məşquldur. Bu medialar dəyərsiz mövzular barədə söz açır ya da ölkə rəhbərlərini tərifləməklə məşqul olurlar.
Misirin məşhur jurnalisti Fəhmi Hüveyda Tehranda olduğu zaman Ondan ərəb mediaları barədə soruşdum. O dedi:

“Ərəb dövlətlərində 2 özəllik var: 99.98 rəqəmi və biri də media.

Səudiyyə Ərəbistanının qəbiləsayağı strukturundan daha təəccüblü bu ölkənin heç bir seçki keçirməməsidir. Seçkilərdə yalnız bir namizəd olur və 99.98% səs toplayır.

Bu möcüzəvi rəqəm ərəb ölkələrinə aiddir. İkincisi də mediaların sahib olduğu özəllikləridir. Ərəb medialarının əksəri siyasi böhranlar və ictimai problemlərlə məşqul olmaqdansa vaxtlarını şer, musiqi və aşpazlığa ayırırlar.”

Bu mediaların əksəri kral və şahzadələrin nəzarəti altındadır və təxminən hər gün onların fotoları bu səhifələrdə paylaşılır. Belə ki, Səddamın zamanında hər 100 İraq vətəndaşının birində Səddamın fotosu və ya heykəli var idi. “Əl Cəzirə” kanalının muxbiri hicaba keçdikdən sonra ərəblərin siyasi orqanları tərəfindən ciddi tənqidə tuş gəlir.
2008-ci ildə Qəzza müharibəsi zamanı İsrailin xarici işlər naziri bəzi ərəb jurnalistlərə Sionist rejiminin siyasətlərini nəzərə aldıqları üçün təşəkkür etmiş və bu jurnalistlərin gördüyü işin öhdəsindən rejimin səfirlərinin də gəlmədiyini bildirmişdi.

Ərəb dövlətlərində çox az sayda müstəqil düşüncəli jurnalist tapmaq mümkündür. Jurnalistika etikasını anlayan və tənqid cəsarəti olan jurnalistlər olduqca azdır. Elə bu səbəbdən Londonda çap olan ərəb qəzetlərinin çapı günü-gündən artır. Ümumi olaraq ərəb rejimlərinin mediaya əqidələri yoxdur. Onların mediaya baxışı öz ticari və siyasi mənafelərinin təmini üçündür.

Elə bu səbəbdən, İranda adi bir insan müdir və ya üstünlük sahibi ola bilirsə, ərəb ölkələrində qəzetlərin baş redaktorluq və ya idarəçiliyi yalnız krallıq ailəsinə məxsusdur. Elə bu səbəbdəndir ki, hazırda ərəb rəmsilərinin əksəri bir zamanlar juranlist olublar. Media sahəsində söz sahibi olmaq üçün ölkənin güc strukturuna və krallıq ailəsinə yaxın olmaq zəruridir.

Bu səbəbdən Əbu Zəbti vəliəhdinin ərəblərin qəbilə sayağı özəlliklərini nəzərə alaraq, o qədər də təəccüblü olmamalıdır.

 

 

 

 

Mənbə

 

 

Leave a Response