Populizm və xalqı aldatmaq Azərbaycan hakimiyyətinin köhnə hiyləsidir

Populizm və xalqı aldatmaq Azərbaycan hakimiyyətinin köhnə hiyləsidir

Azərbaycan hakimiyyəti anti-İslam siyasəti aparır

 

Hiylə və camaatı aldatmaq qüdrət sahiblərinin tarix boyu apardığı siyasət olmuşdur. Islam tarixində Bəni-Üməyyə və Bəni-Abbas hakimiyyəti öz hədəflərinə çatmaq üçün həmin siyasətdən istifadə edirdilər. Beləki, camaat arasında siyasətin “yalan”, “aldanış”, “kələk” və “hiylə” mənasında olduğunu yayırdılar. Bu fikirdən belə çıxır ki, siyasətçilər bütün cəmiyyətlərdə belə davranırdılar. Buna görə də bu və digər cəmiyyətlərdə camaat və ziyalılar etik və sosial bəlalardan amanda qalmaq üçün siyasətdən uzaqlaşır və onun xeyrindən vaz keçirdilər. Hətta din elmləri hövzələrində İslamın siyasi din olduğuna rəğmən din alimləri siyasət dünyasının bəlalarınından amanda qalmaq üçün siyasətə qarışmır, başqalarını da bu işdən çəkindirirdilər.

Siyasətçilər haqqındakı konsepsiya da belə idi. Daha çox hiylə və kələkləri bacaran adam daha məharətli siyasətçi hesab olunurdu. Bunun əksinə olaraq çirklənməkdən çəkinən və etik prinsiplərinə bağlı olan adam isə “siyasətsiz” hesab olunurdu.

Həzrət Əlinin (ə) məşhur bir sözü vardır: “Müaviyə məndən daha siyasət bacaran və daha zirəng deyildir, o, hiləgər bir adamdır”. Bu söz camaat arsında olan yanlış siyasət konsepsiyasına bir cavab idi. Camaat belə təsəvvür edirdi ki, müxtəlif  hiylələrlə irəliləyən və zahirən uğurlu olan Müaviyə daha bacarıqlı siyasətçidir. Müəyyən prinsiplərə bağlı olan və onları öz hədəflərinə çatmaq və iqtidarını davam etdirmək üçün ayaqlamağa hazır olmayan Əmirəlmöminin isə guya siyasətdən bir şey bilmirdi! Siyasət haqqındakı bu təsəvvür onu göstərir ki, ta qədim dövrlərdən siyasət hiylə ilə yanaşı olmuş və siyasətçilər hiylə ilə öz işlərini qabağa aparırdılar.

Günümüzdə də qlobal səviyyədə iqtidar sahibləri həmin yolu gedir, populizm və kələklə millətlərin taleyi ilə oynayırlar. Zahirən insan hüququnu müdafiə edən təşkilatlar, demokratiya və xalqa zahiri ürəkyandırma yolu ilə onları aldadırlar. Azərbaycan Respublikasında da populizm dövlət adamlarının ənənəvi metodudur. Məsulların ziddiyətli davranışlarına ötəri baxmaq bu mövzunu sübut edir.

Məsələn, Azərbaycan prezidenti son vaxtlar Cocuqmərcanlı kəndində bir məscid tikilməsi əmrini vermişdir. Lakin eyni zamanda, Azərbaycan hökuməti bir neçə gün bundan əvvəl hicab müdafiəçisi dustaqı olan doctor Mövsüm Səmədovun qorxulu Qobustan həbsxanasına köçürülməsinə dair də əmr vermişdir.

Azərbaycan hakimiyyəti bir tərəfdən özünü İslam dünyasının bir hissəsi hesab edir, digər tərəfdən isə İslamın hicabdan tutmuş hemoseksuallığa qədər digər ilahi qanunları ölkə məsulları və sionist amilləri tərəfəndən ayaqlanır və dövlət adamları İslam və müsəlmanların ən böyük düşməni, Amerika və İsraillə ən geniş siyasi, təhlükəsizlik və iqtisadi əlaqəyə malikdirlər. Nəhayət həmin düşmənlərin əmri ilə Azərbaycanın ən yaxşı gəncləri həbsə alınırlar. Elə isə belə bir sual yaranır: Görəsən islam və Quran ehkamını ayaqlayan, İslamın ən böyük düşməninin ayağı altına qırmızı xalça döşəyənlər məscid düzəltmək və Həccə getməklə müslmançılıq iddiasında ola bilərlərmi?

Tarix göstərir ki, bəzi məqamlarda islamın ən böyük düşmənləri belə məscid tikmişlər. Lakin məscidin zülmə qarşı mübarizədə oynadığı sosial rolunun qarşısını almışlar. Əslində isə populist davranışlarla müsəlmanların rəğbətini qazanmaq olmaz. Həssas və təyinedici məqamlarda insanlar öz real kimliklərini büruzə verir. Özünün və şiə ölkəsinin bütün şərəfini İslam düşmənlərilə sövdələşməyə qoyan və İslam düşmənləri ilə beynəlxalq səviyyədə ən çox əməkdaşlıq edənlər özlərini – ədalətpərvər və insan yetişdirən İslam məktəbinə aid hesab edə və islam dünyasının bir hisəsi kimi təqdim edə bilərmi? Sionizmə bağlı qüvvələrin yardımı ilə Azərbaycan Respublikasında Bəni-Üməyyə xəlifələrinin ənənələrini bərpa edən və İslam hədəflərinin əksində hərəkət edən şəxs İslam, İslam dünyası və İslami kimlik haqqında danışa bilərmi? İslama sadiq qalmağın (Azərbaycan Respublikası prezidentinin iddia etdiyi kimi) meyari – populist təşəbbüslər deyil, bəlkə söz və əməl birliyidir.

 

 

 

Mənbə

Leave a Response