- Cümə
Dekabr 19, 2018

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Özbəklər pozğun türk seriallarından cana doyub... Özbək imam üsyan edir...

2018/03/11, 00:10


Özbəklər pozğun türk seriallarından cana doyub... Özbək imam üsyan edir...

Özbəkistanın "ZOR TV" adlı özəl telekanalında efirə verilən "Kara Sevda" türk serialının yayımı dayandırılıb.

Özbəkistanın "ZOR TV" adlı özəl telekanalında efirə verilən "Kara Sevda" türk serialının yayımı dayandırılıb.

 

"Truth NGO" xəbər verir ki, Özbəkistanın mətbuat və informasiya agentliyi nəzdində fəaliyyət göstərən KİV-in monitorinq mərkəzi belə bir nəticəyə gəlib ki, bu serial və digər Türkiyə serialları milli mentalitet və ənənələrə, həmçinin özbəklərin ailə dəyərlərinə ziddir.

Eyni Zamanda, Daşkəndin "Mirzə Yusuf" məscidinin imamı Rəhmətulla Sayfuddinovun martın 2-də cümə xütbəsində səsləndirdiyi fikirlər də ölkədə geniş rezonans doğurub. Xütbə zamanı imam bildirib ki, "türk seriallarının ucbatından ölkədə homoseksual uşaqlar doğulur".

"Türkiyə serialları təkcə milli mentalitetə xələl gətirmir, eyni zamanda hələ törənməmiş uşaqların cinsi orientasiyasını pozur", - deyə Rəhmətulla Sayfuddinov Cümə xütbəsində bildirib.

Tag və ya açar söz

Özbəklər pozğun türk seriallarından cana doyub... Özbək imam üsyan edir...

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter