قالب وردپرس درنا توس

Nyu-York küçələrində məhərrəmlik mərasimi

İmam Hüseyn(ə) aşiqləri məhərrəm ayı münasibətilə Nyu-Yorkda bir araya gəliblər.

Bazar günü Nyu-Yorkun Manheten məntəqəsində keçirilən bu mərasimdə minlərlə nəfər iştirak edib.

Hər il Aşuradan öncəki bazar günü Nyu-Yorkda Hüseyn(ə) aşiqləri xüsusilə İran, Əfqanıstan, Pakistan, Hindistan, İraq və Livan vətəndaşları “Hüseyn Günü” mərasimində bir araya gəlir.

Bu il də “Hüseyn Günü” mərasimində iştirak edən gənclər İmam Hüseyni(ə) tanıtdırmaq məqsədilə mərasimə tamaşa etmək üçün toplaşan şəhər sakinlərinə qərənfil gülü və İmam Hüseyn barəsində kiçik braşura təqdim ediblər.

Nyu-York məscidləri və İslam mərkəzləri məhərrəm ayı gecələrində Hüseyn əzadarlığı mərasimlərinə şahidlik edir.

 

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *