قالب وردپرس درنا توس
Nyu-Meksiko ştatında Trumpın müxalifləri bir araya gəldilər

Nyu-Meksiko ştatında Trumpın müxalifləri bir araya gəldilər

ABŞ prezident seçkilərində Respublikaçılar partiyasının namizədinin müxalifləri Nyu-Meksiko ştatında onun çıxış etdiyi məkanın qarşısına toplaşıblar.

 

Respublikaçılar partiyasının namizədi Donald Trumpın yüzlərlə müxalifi çərşənbə axşamı günü Nyu-Meksiko əyalətinin Albokerkio şəhərində onun çıxış etdiyi məkanın qarşısına topalaraq bu qalmaqallı namizədin mövqelərinə etiraz edib.

Etirazçılar həmçinin polisin təhlükəsizlik maneələrini keçərək özlərini Trumpın çıxış etdiyi məkanın giriş qapılarına çatdırıb və onların bu hərəkəti Respublikaçı namizədin çıxışının dayanmasına səbəb olub.

Trumpın müxalifləri şüarlar səsləndirərək onun prezident seçkilərindən geri çəkilməsini istəyiblər.

Qalmaqallı mövqelərinə görə hətta öz partiya yoldaşları arasında böyük müxalifətlə üzləşən Trump Texas ştatının senatoru Ted Kruz və Ayova ştatının qubernatoru Con Kisikin namizədlikdən kənarlaşması ilə partiyadaxili son namizəddir və praktiki olaraq Respublikaçılar partiyasının yekun namizədi olaraq qalmışdır.

Sabiq dövlət katibi Hillari Klinton da əldə etdiyi səslərə görə, çox ehtimalla prezident seçkilərində Demokratların namizədi olacaqdır.

ABŞ-da 58-ci prezident seçkiləri 2016-cı il 8 noyabrda keçiriləcək.

 

 

 

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *