Nəhəng şirkətlərin dəhşətli sirləri – Qorxunc həqiqətlər…

Nəhəng şirkətlərin dəhşətli sirləri - Qorxunc həqiqətlər...

 Dünya bazarlarını öz inhisarına alan nəhəng şirkətlərin qorxunc sirlərini sizə təqdim edirik:

 

1. Dupont markası. Əslində bu markanı çoxlarınız tanımırsınız. Lakin Tefal deyən kimi hamının ağlına o məşhur tavalar gəlir. 1946-cı ildə kimya sənayesi quran Dupont xüsusi bir kimyəvi maddə ilə yaratdığı tavaları və qazanları bazara çıxardı. Bu əmtəə o qədər məşhurlaşdı ki, hər il 900 ton bundan istehsal etməyə başladılar. Lakin bir problem var idi. Heyvanlar üzərində aparılan təcrübələrdə bu maddənin xərçəngə səbəb olduğu məlum oldu. Vəkillər tefal məhsullarının istehsalında istifadə olunan bu maddə barədə şirkətin məlumatları gizlədiyini iddia etdilər. Dupont məhz Tefal məhsulları ucbatından böyrək xərçənginə tutulmuş bir qadına məhkəmədə uduzdu.

2.İBM. Dünyada məşhur şirkətlərdən olan İBM nasistlərin törətdiyi soyqırımda iştirak edib. İBM nasistlər üçün xüsusi kartlarla işləyən kompüterlər istehsal edib. Bu kompüterlər düşərgələrdə saxlanılan insanları qeydə alırdı. İnsanların qoluna məhz bu nömrələr döymə olaraq vurulurdu.

3. Bayer.Almaniyanın dərman şirkətlərindən biri olan Bayer  hemofiliya xəstələri üçün qan plazmalarından istifadə edirdi. Ancaq təcrübələr zamanı bu qanların tərkibində HİV virusu aşkarlandı. Bayer bundan sonra Avropa və Amerika üçün risk daşımayan bir dərman hazırlayıb bazara çıxardı. Amma AİDS riski daşıyan dərmanlar məhv edilmədi və Asiya, Latın Amerikası ölkələrində bazara çıxarıldı. Bayerin bu işi ilə nə qədər insan ölüb məlum deyil. Amma firma məhkəmələr 660 milyon dollar təzminat ödəyib.

4. Koka-kola. Kola haqqında cürbəcür şayilər yayılıb. Onun tərkibindəki yüksək şəkər miqdarı və ya onun böcəkdən hazırlandığından hey bəhs edirlər. Amma Koka-kolanın başqa problemləri də var. Bunun ən böyüyü Hindistanda yaşanıb. Şirkət Hindistanda açıq quyulardan və yeraltı sularından gündəlik 510 ton  su çəkincə bölgədə quuraqlıq başladı. Kerala vilayətində insanlar vəziyyəti etirazlarla qarşıladı. Hətta şirkət bu sulardan əl çəkib yağış sularına üstünlük versə də mübahisələr bitmədi.

5. Nestle.1974-cü ildə Afrika, Asiya və az inkişaf etmiş Latın Amerikası ölkələrində uşaq ölümləri pik həddə çatdı. Körpələr əslində qarşısı alına biləcək xəstəliklərdən ölmüşdülər. Səbəb isə qorxunc idi. Analar öz südləri yerinə uşaqlarına Nestle vermişdilər. Əvvəlcə analara bu yeməkləri pulsuz paylayan şirkət uşaqlar ana südünü rədd etdikdən sonra bunu pulla satmağa başladılar. Kasıbçılıq bu qidanı  almağa imkan verməyəndə dəhşətlər yaşamağa başladı. Nestle beynəlxalq aləmdə boykot edildi. Şirkət məcburən bazarlama strategiyasını dəyişdirdi.

6. Chiquita.Bu şirkət adi bir meyvə ticarəti ilə məşğul olsa da, keçmişi qanla yadda qalıb. 1920-ci illərdə Latın Amerikasından aldığı meyvələrə Avropa bazarlarında satardı. 1928-ci ildə Kolumbiyada işçilər tətil etdilər və 1 ay işləmədilər. Amerika hökuməti şirkətə xəbərdarlıq etdi. Bu xəbərdarlığın nəticəsində ordu tətil edənlərin üstünə göndərildi. Ancaq bu qətliam qərarı idi. 6 dekabr 1928-ci ildə rəsmi olmayan rəqəmlərə görə 3000 işçi həlak oldu.

 

 

Mənbə

 

Leave a Response