Müsəlmanların ikinci qibləsi sayılan və illərdir işğal edilən müqəddəs Məscidül-Əqsa

Müsəlmanların ikinci qibləsi sayılan və illərdir işğal edilən müqəddəs Məscidül-Əqsa

 Dünyanın ən qədim və müqəddəs şəhərlərindən biri hesab olunan Qüds, həm də 3 səmavi dinin ortaq nöqtəsi sayılır. Qüds sözü İslamda Allahın adlarından biri olub (Əl-Kuddüs) bütün xətalardan, pisliklərdən uzaq, Müqəddəs mənasını verir

 

Qüdsdə 3 dinin müqəddəs saydığı obyektlər vardır.

1. Süleyman məbədinin divarı-Bura ağlama divarı deyilir. Süleyman məbədi dağıdıldıqdan sonra geriyə tək bu divar qalır və bura yəhudilər üçün ən müqəddəs yer sayılır. Süleyman peyğəmbər (e.ə. 965-926) yəhudi dini ədəbiyyatında, eləcə də tarixində mühüm yer tutan bir şəxsdir. Bunun səbəbi onun peyğəmbər olması ilə yanaşı, həm də yəhudilərin onu özlərinə kral hesab etməsi ilə bağlıdır. Süleyman peyğəmbərin yəhudi tarixində mühüm yer tutmasının digər bir səbəbi isə, bu gün yəhudilərin müqəddəs hesab etdikləri yerlərdən biri olan və Qüdsdə yerləşən “Ağlama Divarı” ilə olan əlaqəsidir. Yəhudi dini təliminə görə “Ağlama Divarı” əfsanəvi “Süleyman Məbədi”-nin müasir dövrə qədər gəlib çatmış yeganə qalığıdır. Süleyman Məbədi e.ə. 587-ci ildə, Yahuda dövlətinin işğalı vaxtı, Babil kralı Nabukodonosorun əmri ilə yerlə yeksan edilib. Süleyman Məbədinin inşa edilməsi hekayəsi mistik iudaizmin kitabı olan Kabalada, “Krallar, 7-ci Bab”-da ətraflı izah edilir. Bu məbədin baş memarı, dul bir qadının oğlu olan, Hiram Abif adlı bir usta olub. Tarixi mənbələrə görə, Məbədin inşasında 20 min fəhlə işləyib və Hiram Abif onları usta, köməkçi və şagirdlər olaraq üç qrupa ayırıb. Hiram usta Süleyman məbədinin girişində üç tunc sütun inşa edib. Məbəd inşa edilərkən ustalar, köməkçilər və şagirdlər inşaat işinin sirlərini Hiram ustadan öyrənmək istəsələr də, bu mümkün olmayıb. Buna görə də ustalar, köməkçilər və şagirdlərdən bəziləri Hiram Abifi gizlicə öldürüb dəfn ediblər.  Yeri bilinməsin deyə qəbrinin üstünü akasiya ağacının budaqları ilə örtüblər. Tövrat hekayəsindəki bəzi əşyalar və adlar bu gün spekulyativ masonluğun simvollarına çevrilib. Məsələn masonlar bir-birlərinin qardaşıdırlar və onlar özlərini “dul qadının uşaqları” adlandırırlar. İnşaat ustalarının istifadə etdikləri pərgar, üçbucaq, mala, şaqul kimi alətlər masonluğun simvollarıdır. İnaşaat ustalarının geyindikləri əlcək, önlük və.s geyim əşyaları da masonların ayin və toplantılarında geydikləri geyimlərdəndir. Hiram ustanın düzəltdiyi üç tunc sütun da masonik simvollardandır. Akasiya ağacının da masonluqda xüsusi yeri var. Bundan başqa masonluqda mühüm simvollardan biri sayılan üçbucaq içində təsvir olunmuş göz də yəhudi mənşəli bir simvoldur. Həmin bu simvolu siz 1 ABŞ dollarının arxa üzündə də görə bilərsiniz. Masonlar öz rəsmi mətbuat orqanlarında masonluğun iudaizmlə, xüsusən də Kabalistik yəhudiliklə heç bir əlaqəsinin olmadığını iddia etsələr də, yazılanlar bunun əksini deməyə əsas verir.

2. Məscidül Əqsa: “Bu məscid, Məscidül Haramdan sonra ən qədim və müqəddəs ikinci məscid sayılır və İslam dini ortaya çıxdığı ilk zamanlarda müsəlmanların ilk qibləsi olub. Müsəlmanlar üçün ilk qiblənin yerləşdiyi və İslam Peyğəmbərinin (s.ə.s) meraca getdiyi məkan hesab olunan əl-Əqsa məscidi yəhudilər üçün də müqəddəs məkandır.  Məscid əl-Əqsa Quranda mübarək məkan adlandırılıb, müsəlman aləmi üçün Məkkədən sonra ikinci müqəddəs yerdir. Məscidin adı Məhəmməd Peyğəmbərin (s.ə.s) sağlığında Məkkəyə ən uzaq yerdə olması səbəbindən Məscid əl-Əqsa adlandırılıb. Ancaq bu müqəddəs məkanın tarixi İslamiyyətdən çox-çox qədimə söykənir. Beyt əl-Maqdis və ya Beytül Müqəddəs adlanan məbəd Quranda adı keçən həzrət Davud Peyğəmbərin zamanında inşa olunub. Ancaq rəvayətə görə, Həzrət Davud bu məbədin divarları bir adam boyu hündürlükdə olanda vəfat edib. Tikintini və 12 məhəllədən ibarət olan Qüds şəhərini bütövlükdə inşa etdirib başa çatdırmaq Davudun oğlu Həzrət Süleymana nəsib olub. Məscid əl-Əqsanın tikintisində qızıl, gümüş, yaqut və başqa zinət əşyalarından istifadə olunub, tikinti 7 ilə başa gəlib.   ilk vaxtlarda məbədin adı Beyt əl-Maqdis kimi qeyd olunub. Ancaq sonradan Quranda da nəql olunan Məscid əl-Əqsa adından istifadə olunmağa başlanılıb.  Rəvayətə görə, Həzrət Süleyman nəsildən-nəslə keçən və içərisində Həzrət Musadan yadigar qalan qədim Tövrat nüsxəsinin olduğu Əhd sandığını (Tabutu Səkinə) Məscid əl-Əqsaya qoyub. Lakin sonrakı illərdə Qüdsə hücum edərək işğal edən Assuriya hökmdarı Buhtunnasr (İbranicə Nabuchodonosor-Nabukednazar) məscidi qarət edərək Babilə aparıb.

Sonradan Məscid əl-Əqsa bərpa olunsa da, eramızın 70-ci ilində Qüdsü işğal edən Roma İmperiyası orduları şəhəri və eləcə də Məscid əl-Əqsanı yandırıb dağıdıblar. Bu təqvim eyni zamanda Məscid əl-Əqsanın yəhudiliklə əlaqəsinin sona çatdığı dövr hesab olunur.

Bizim eranın 123-cü ilində Bizans İmperiyası Məscid əl-Əqsanı təmir edib. Məscid əl-Əqsanın yenidən parlaması isə İslamiyyətlə başlayıb. İslamın ilk illərində Həzrət Məhəmmədin (s.ə.s) Meracı hadisəsi baş verir. Bu hadisə zamanı İslam Peyğəmbəri Məscid əl-Həramdan (Məkkədəki Kəbə) Məscid əl-Əqsaya gəlir və burda namaz qılır.

Bu dövrdə Məscid əl-Əqsa həm də müsəlmanların qibləsi, yəni namazda üzlərini çevririb ibadət etdikləri istiqamət idi. Yalnız Mədinəyə hicrətdən 16 ay sonra Allahdan gələn vəhylə müsəlmanların qibləsinin Məkkə (Kəbə) olduğu bəyan edilir. Ancaq əl-Əqsa müsəlmanların ilk qibləsi olaraq müqəddəs məkan kimi tanınır. Qeyd edək ki, 1947-ci il noyabrın 29-da BMT Fələstin ərazilərində ərəb və yəhudi (İsrail və Fələstin) dövlətlərinin yaradılması ilə bağlı qərar qəbul edib. Qərara görə, Qüds şəhəri beynəlxalq statuslu ərazi olmalı idi. Ancaq yəhudilər 1948-ci il mayın 15-də dövlət elan edir və fələstinlilər dövlət yarada bilmir. 1948-ci ildə baş verən savaşda İsrail rejimi Qüdsün qərb hissəsini, 1967-ci ildəki 6 günlük savaşda isə bütövlükdə şəhəri işğal edərək, orda öz qaydalarını qoymağa başlayır.

3. İsanın məzarı-İsa Məsihin cəsədi orda olmasa da (Quranda O, Həzrətin zühura qeybə çəkildiyi bildirilir) basdırıldığı boş məzar ordadır və xristianlar üçün müqəddəs sayılır. Yəhudi və müsəlmanlarla yanaşı, Qüds, eləcə də Məscid Əl-Əqsa xristianlar üçün də müqəddəs məkan mahiyyətindədir. Belə ki, Həzrət İsanın bu torpaqlarda dünyaya göz açması, yaşaması bu torpaqlarda baş verib. Qüds xristianlığın başlanğıc yeri kimi xristianlar üçün müqəddəs dəyərə malikdir. Xristianlar üçün Qüds İsa (İusus) peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə gizli görüş keçirdiyi, və zühur edəcəyi müqəddəs şəhərdir.

 

 

 

Mənbə

 

 

Leave a Response