- Cümə
Dekabr 19, 2018

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Muqtəda Sədr xəbərdarlıq etdi: Müxalifətə keçərəm!

2018/09/15, 12:42

Muqtəda Sədr xəbərdarlıq etdi: Müxalifətə keçərəm!

Muqtəda Sədr sosial şəbəkə vasitəsi ilə verdiyi açıqlamada, "İraqın böyükləri ilə və tamamilə İraqa məxsus qərarla baş nazirlik üçün bir neçə texnokrat və müstəqil namizəd məsələsində razılaşdıq. Bu baş nazir kabinetini, partiya, etnik və məzhəb ayrıseçkiliyindən kənar, layiqli, təcrübəli və korrupsiyaya yoluxmayanlardan seçəcək", - deyə bildirib.

Bəzi siyasətçilərin "texnokrat" və "müstəqil" fikrini rədd etdiyini, bunların İraqı yeni korrupsiya bataqlığına sürükləmək məqsədi daşıdığını söyləyən Sədr, bu şəkildə davam edərlərsə, istiqamət və fikir olaraq müxalifəti seçəcəyini bildirib.

Sədr dünən Nəcəfdəki evində "Haşdi Şabi"nin də yer aldığı "Fəth" koalisiya lideri Hadi Amiri ilə hökumət qurmaq üçün müzakirələr aparıb. Sədrə yaxın mənbələr iki liderin hökumətin sürətli yaradılması məsələsində razılaşdığını bildirib.

Böyük İslam alimi Ayətullah Seyid  Əli Sistani ölkədə keçmiş dövrlərdə hakimiyyətdə olmuş şəxslərin yeni dövr üçün baş nazirliyini dəstəkləməyəcəyini açıqlayıb. Bu açıqlama, ikinci dövr baş nazirin üçün hazırlaşan baş nazir Heydər İbadiyə Nəcəfdən veto gəldiyi şəklində şərh olunmuşdu. Sözügedən açıqlamadan sonra dünən İbadi baş nazirliyə namizəd olmayacağını açıqlayıb.

Mənbə

Tag və ya açar söz

Muqtəda Sədr xəbərdarlıq etdi: Müxalifətə keçərəm!

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter