- Cümə
Dekabr 19, 2018

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

MKİ-nin yeni qadın rəhbəri işkəncə proqramının əsas üzvü olub

2018/03/14, 13:06

MKİ-nin yeni qadın rəhbəri işkəncə proqramının əsas üzvü olub

Amerikanın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Eduard Snoden dünən gecə deyib: Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri Cina Hapel Amerikada terrorçuluqda şübhəli bilinənlərin işkəncə edilməsi proqramının açar üzvlərindən biridir.

Snoden Tvitter səhifəsində yazıb: MKİ-nin ilk qadın rəhbəri ABŞ konqresinin əlinə keçməsin deyə  qeyri-qanuni işkəncələr barədə faktların yox edilməsini istəyən dövlət rəsmiləri sırasında durur.
ABŞ prezidenti Donald Tramp dünən Cina Hapeli MKİ-nin rəhbəri təyin etdi. Cina Hapel Mayk Pompeonu əvəz etdi.

Haspel 1985-də MKİ-yə qoşuldu və 2017-ci il fevralda Tramp tərəfindən MKİ-nin sədr müavini təyin edildi.

Eduarad Snoden 2013-cü ildə Amerikanın minlərlə təhlükəsizlik və casusluq sənədlərini mediyanın ixtiyarına verdi və bu Vaşinqtonun rüsvay olması ilə nəticələndi.

Bu ifşaçılıqdan sonra Snodenə qarşı cinayət işi açıldı və onun pasportu Amerika tərəfindən ləğv edildikdən sonra Snoden Rusiyadan müvəqqəti sığınacaq aldı və hal-hazırda da bu ölkədə yaşayır.

Mənbə

Tag və ya açar söz

MKİ-nin yeni qadın rəhbəri işkəncə proqramının əsas üzvü olub

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter