قالب وردپرس درنا توس

Marneulinin azərbaycanlı meri “insan alçaltmaq” ittihamı ilə saxlanılıb – Video

Ehtimala görə, Marneulinin azərbaycan əsilli sakini milyarder Budzin İvanişvili və şəhərin meri Temur Abazovu təhqir etdiyinə görə, öz sidiyi ilə yuyunmağa məcbur edilib.

Marneuli (Kvemo Kartli regionu) şəhərinin meri Temur Abazov internetdə bir nəfər kişinin şərəf və ləyaqətinin məcburi yolla alçaldırması videosunun yayımlanmasından sonra saxlanılıb.

Çərşənbə axşamı jurnalist araşdırmaları ilə məşğul olan “Monitor Studiyası” Tbilisidə etiraz aksiyaları zamanı ölkənin hakim partiyası olan “Gürcü arzusu -demokratik Gürcüstan”ın sədri, milyarder Bidzina İvanişvilini və Marneulinin meri Timur Abazovu söydüyü barədə süjet hazırlayıb.

Bu kişinin adı çəkilən şəxsləri söyməsinin əks olunduğu video internetə düşdükdən sonra ona buna görə dərs verilməsi qərara alınıb və tezliklə internetdə yeni video yayımlanıb ki, orada bu kişi kiminsə diktəsi ilə azərbaycan dilində üzr istəyir və öz sidiyinin olduğu bildirilən maye ilə üzünü yuyur.

“Kvemo Kartli vilayəti prokurorluğunun istintaq hissəsi qeyd edilən cinayət işi üzrə istintaq aparır. İş üzrə bütün müvafiq istintaq tədbirləri aparılır. Gürcüstan prokurorluğu nəticələr barədə əlavə detalları cəmiyyətə təqdim edəcək”, deyə prokurorluğun mətbuat xidmətinin əməkdaşı bildirib.

Cinayət işi “bir qrup şəxs tərəfindən törədilmiş alçaldıcı və ya qeyri-insani davranış” maddəsi ilə qaldırılıb. Bu maddənin cəza tətbiqi 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmədir.

“Monitor Studiyasının” jurnalistləri Marneuli merindən görəsən onun bu insident haqda nə bildiyini maraqlanıb, Abazov isə bu barədə heç nə eşitmədiyini bildirib.

Ölkə müxalifətinin “Vahid Milli Hərəkat” partiyasının  nümayəndəsi Zaal Udumaşvili Rustavi2 telekanalının efirində bildirib ki, Timur Abazov Bidzina İvanişvili yaxın ətraflarındandır və İvanişvili hakim prtiyanın sonuncu qurultayı ilə siyasətə qayıdanda Abazov onu müşaiyət edirdi.

Alçaldılmış kişinin İvanişvili və Abazovun barəsində təhqiramiz sozlər dediyi etiraz aksiyaları isə mayın 31-dən Tbilisidə keçirilib. Bu etiraz dalğası isə 16 yaşlı məktəbli David Saralidzenin 2016-cı ildə davası zamanı qətlə yetirilən yeniyetmənin atası təşəbbüsü ilə başlayıb. O məhkəmənin qatilləri barədə verdiyi hökmü qərəzli şəkildə verildiyini bildirib.

 

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *