Londonda namazqılanlara qarşı terror hücumu

Londonda namazqılanlara qarşı terror hücumu

Londonda namazqılanlara qarşı terror hücumu nəticəsində bir qrup insan həlak olub və yaralanıbdır.

 

London polisi bu gün səhər tezdən bildiribdir ki, bir avtomobil sürücüsünün bu şəhərin şimalındakı “Finzberi Park” məntəqəsində, bir məscid yaxınlığında piyadalara hücumu nəticəsində azı dörd nəfər ölüb, bir qrup insan da yaralanıbdır.

Bu məlumata görə, müşahidəçilər deyirlər ki, bu hücumun qurbanları müsəlmanlar olublar. Onlar Ramazan ayının ibadət mərasimini həyata keçirdikdən sonra “Finzberi Park” məscidindən çıxırmışlar.

Belə bir halda, “Finzberi Park” məscidinin başçısı Muhəmməd Kəzbar bir avtomobil sürücüsünün piyadalara hücumunun ardınca deyib: Hər kəs bu hərəkəti edibdirsə, xalqa zərər yetirmək məqsədini güdübdür və bu, bir terror hərəkətidir.

Londonun polis rəsmiləri bu hücumu “ciddi bir hadisə” adlandırıb və bununla bağlı bir nəfərin həbs olunmasından xəbər veriblər.

İyunun üçündə də üç nəfər London körpüsü üzərində avtomobillə piyadaları basmış, sonra isə bıçaqla onlara hücum etmişdi ki, nəticədə səkkiz nəfər həlak olmuş, onlarla nəfər də yaralanmışdı.

Ötən bir ayda Londondakı terror hücumlarında onlarla nəfər ölüb və yaralanıbdır.

 

 

Mənbə

Leave a Response