قالب وردپرس درنا توس

“İzvestiya” qəzetində Azərbaycana qarşı təxribat

Rusiyanın “İzvestiya” qəzeti Azərbaycana qarşı təxribata yol verib.

Qəzetin bu günkü saytında Ermənistanın eks-prezidenti, hazırda baş nazir postuna namizədliyi irəli sürülən Serj Sarkisyanla müsahibə yer alıb.

Jurnalist Aleksey Zabrodinin müəllifi olduğu müsahibəyə yerləşdirilən fotoların birində qondarma Dağlıq Qarabağ separatçı rejiminin bayrağı və “Azad Artsaxa xoş gəlmisiniz” yazılan lövhə əks olunub.

S.Sarkisyanla müsahibənin bir sualı Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.

Qeyd edək ki, 1917-ci ildə əsası qoyulan “İzvestiya” qəzetinin baş redaktoru milliyyətcə erməni Arseni Ohanesyandır.

 

 

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *