- Çərşənbə axşamı
Yanvar 20, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İşğalçı İsrail rejimi Məscidül-Əqsanı dağıtmaq və yerində sionist məbədi tikmək isətyir

2016/08/18, 00:20

İşğalçı İsrail rejimi Məscidül-Əqsanı dağıtmaq və yerində sionist məbədi tikmək isətyir

Fələstin Beynəlxalq Media Mərkəzi işğalçı İsrail televeziyasına istinadən bazar ertəsi yayımladığı məlumatda bildirir ki, işğalçı İsrail rejim qurumları hazırda Məscidül-Əqsanı dağıtmaq və yerində “Süleymanın üçüncü məbədi” adlı yeni məbəd tikməyi planlaşdırır.

İsrail rejim qurumları bu layihəni başlamaq üçün rəsmi Tel-Əvivin siyasi qərarını gözləyir.

İşğalçı rejim televiziyası iddia edib ki, bu məbədin tikilməsi üçün siyasi və ictimai dəstək var.

Fələstinin “Əl-Ray” xəbər agentliyi də məlumat yayıb ki, işğalçı rejim qurumları artıq Məscüdül-Əqsanı dağıtmaq və yeni məbədi tikmək üçün texnika və tikinti materialları hazırlayırlar.

Məlumatda tikilməsi planlaşdırılan yeni məbədin tikintisinin 3 ilə başa çatacağı bildirilir.

İşğalçı İsrail rejiminin 2-ci kanalı şənbə günü veriliş yayımlayıb ki, həmin verlişdə yeni məbədin tikilməsi üçün hazırlıq işlərini görən qadınlar göstərilirdi.

"Məscidül-Əqsa" müsəlmanlar üçün müqəddəs yerlərdən biridir. Fələstinlilərin "Məscidül-Əqsa"da namaz qılmasının qadağan olunması, ifratçı yəhudilərin bu məscidə hücumu uzun illərdir işğalçı İsrail rejim əsgərləri və fələstinlilər arasında qarşıdurmaya səbəb olur.

İşğalçı rejim 2004-cü ildə fələstinlilərin etirazına baxmayaraq qeyri-müsəlmanların "Məscidül-Əqsa"ya girişinə icazə verdi. Bu addım fələstinli müsəlmanlar üçün bu müqəddəs məscidə hörmətsizlik kimi dəyərləndiridi. İşğalçı rejim o qədər harınlayıb ki, indi də İslam dünyası üçün ən müqəddəs məkanlardan biri olan "Məscidül-Əqsa"nı dağıtmaq istəyir. Ümid edirik ki, müsəlmanlar birləşərək bu cinayətin qarşısını alacaq.

Mənbə

Tag və ya açar söz

İşğalçı İsrail rejimi Məscidül-Əqsanı dağıtmaq və yerində sionist məbədi tikmək isətyir

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter