İranın köməyi ilə region xalqları terrorçuların şərrindən xilas olublar – İran prezidenti

İranın köməyi ilə region xalqları terrorçuların şərrindən xilas olublar

İran İslam Respublikası prezidenti deyib: Ötən il İran xalqının terrorizm üzərində qələbəsi və region xalqları üçün müvəffəqiyyətlərlə dolu olan bir il idi.

 

Həsən Ruhani bazar günü Tehranda İslam İnqilabının qələbə çalmasının 39-cu ildönümü münasibətilə təşkil edilmiş 22 bəhmən yürüşü iştirakçıları qarşısında deyib: İranın İraq və Suriya xalqlarına köməyi öz bəhrəsini verdi və region xalqları terrorçuların şərrindən xilas oldular.

İran İslam Respublikası prezidenti Həsən Ruhani fitnəkarların region ölkələrini parçalamaq niyyətində olduqlarını vurğulayaraq, deyib: İraq xalqının ayıqlığı və region ölkələrinin dəstəkləri, İran ilə dost olan ölkələrin birliyini zəmanət altına almış oldu.

Ruhani əlavə edib: Livan xalqının ayıqlığı və dost ölkələrin dəstəyi də Amerika və sionistlərin regiondakı fitnəsini zərərsizləşdirdi.

İran İslam Respublikası prezidenti regionda sülh və sabitliyin möhkəmləndirilməsi üzrə neçə tərəfli müzakirələrdə Tehranın uğur qazanmasına işarə edib və deyib: Regionun problemlərinin həlli siyasidir və digər ölkələrin əməkdaşlığı ilə regionda sabitlik və təhlükəsizlik təmin edilməlidir.

İran prezidenti həmçinin, ABŞ-ın İran xalqı qarşısındakı ardıcıl məğlubiyyətlərinə işarə edib və deyib: Amerikalılar İranın daxili işlərinə müdaxilə niyyətində idilər. Amma, İran xalqı birlik, həmrəylik və müqavimət ilə onların fitnəsini zərərsizləşdirdi.

Ruhani əlavə edib: Amerika hərtərəfli müştərək təşəbbüs proqramında indiyə kimi bir neçə dəfə bu mühüm beynəlxalq və regional anlaşmanı pozmağa çalışıb. Amma, indiyə kimi buna nail olmayıb. Əgər onlar nüvə anlaşmasından çıxmaq istəsələr, onun zərərini tezliklə görmüş olacaqlar.

İran İslam Respblikası prezidenti ABŞ-ın Qüds əleyhinə fitnəsinə,Fələstin  və region xalqları əleyhinə planlarına da işarə edib və deyib: Dünya ABŞ-ın fitnəsi qarşısında dayandı və sadəcə İslam ölkələri deyil, bir neçə ölkə istisna olmaqla, bütün ölkələr bu fitnəni BMT-nin Baş Assambleyasında rədd etdilər.

 

 

Mənbə

Leave a Response