قالب وردپرس درنا توس
İran Böyük Britaniyaya etiraz

İran səfirliyə hücumla bağlı Böyük Britaniyaya etirazını bildirib

İranın Böyük Britaniyadakı səfiri Həmid Bəidinecat ötən gün Londonda səfirlik ərazisinə hücum faktını təsdiqləyib.

 

Həmid Bəidinecat hücum edən şəxslərin üzərində bıçaq və dəyənək olduğunu qeyd edərək, onların İran rəsmilərinə qarşı şüarlar səsləndirdiyini bildirib.

Səfir onların “Şiraziçilər” sektasının üzvləri olduğunu diqqətə çatdırıb.

“Londonda İran səfirliyinə hücum xəbərini aldıqdan dərhal sonra İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Abbas Əraqçı insidentlə bağlı Böyük Britaniya səfirinə kəskin etirazını bildirərək, “Skotland Yard”a (polis) İran diplomatlarının təhlükəsizliyini təmin etmək çağırış edib”, – deyə İran XİN mətbuat katibi Bəhram Qasımi bildirib.

 

 

 

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *