- Cümə
Dekabr 19, 2018

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İran İraqdakı kürd terrorçularının qərargahına dəqiq raket zərbələri endirdi - Foto/Video

2018/09/10, 17:23


İran İraqdakı kürd terrorçularının qərargahına dəqiq raket zərbələri endirdi - Foto/Video

İran İnqilab Keşikçiləri Korpusu (Sepah) öz ərazilərindən İraqın şimal şərqində Key Sancak yaşayış məntəqəsində yerləşən "İran Kürdüstanı Demokratik Partiyası"nın Mənzil Qərargahına raket hücumu həyata keçiriblər.

İran İnqilab Keşikçiləri Korpusu (Sepah) öz ərazilərindən İraqın şimal şərqində Key Sancak yaşayış məntəqəsində yerləşən "İran Kürdüstanı Demokratik Partiyası"nın Mənzil Qərargahına raket hücumu həyata keçiriblər.

Hücum 333 mm-lik "Fəcr-5C" Yaylım Atəşli Raket Sistemindən həyata keçirilib.  Hədəfi təyin etmək üçün "Mühacir-6" PUA-larından istifadə olunub. Raketlər hədəfin 180 km-də yerləşən Urmiyədən atılıb. Bildirilir ki, atılan raketlərdən 5-i də hədəfə dəyib. Məlumata görə, nəticədə azı 9 nəfər ölüb, 40-a yaxın insan isə yaralanıb.

Yaralılar arasında partiyanın sədr müavini Xalid Əzizli də var.

Qeyd edək ki, 3 il öncə yenidən fəaliyyətə başlayan İKPD üzvləri başqa terrorçu kürd qruplaşmaları ilə birlikdə İranla sərhəddə sərhədçilərə  hücumlar təşkil edirlər. Partiyanın əsas hədəfi Kürdüstan dövləti yaratmaqdır.

Bir müddət əvvəl kürd terrorçular 20 il öncə Tehran və İKDP arasında bağlanan atəşkəs barədə razılığı pozaraq İran ərazisində bir neçə hücum həyata keçirmişdilər.



Sepah həmçinin bəyan edib ki, Kürdüstan əyalətinin Kamyaran şəhərində qonşu dövlətdən gələn qruplaşmanın 6 üzvü məhv edilib. Digər silahlılar qaça biliblər.

Sepah həmçinin bildirib ki,  avqustun sonlarında elə həmin əyalətdə əcnəbi terrorçular məhv edilib. Həmin vaxt 2 terrorçu öldürülmüş, biri isə girov götürülmüşdü.

Avqustun ortalarında ölkə kəşfiyyatı Kermanşahda 12 terrorçunu həbs eləmişdi. Terrorçulardan çoxlu sayda silah və nağd pul müsadirə edilmişdi.

Bundan başqa Qərbi Azərbaycan əyalətində  İran silahlı qüvvələri  2 pusqu quraraq xaricdən gələn terrorçuları  məhv etmişdi.

Bu əməliyyatların əksəriyyəti kürd terrorçuların  İranın Merivan şəhərində sərhədçilərə hücumuna cavab olaraq həyata keçirilib.

[video width="1920" height="1080" mp4="http://az.truthngo.org/wp-content/uploads/2018/09/4bpt15bdc89805193wf.mp4"][/video]

 

 

Mənbə

Tag və ya açar söz

İran İraqdakı kürd terrorçularının qərargahına dəqiq raket zərbələri endirdi - Foto/Video

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter