İran bu ballistik zərbə ilə əslində ABŞ və İsrailə mesaj verir – İsrailli mənbə

İran bu ballistik zərbə ilə əslində ABŞ və İsrailə mesaj verir – İsrailli mənbə

“İranın Dirazzurda İŞİD-ə ballistik raketlərlə hücumu əzələ göstərmək və güc nümayiş etdirmək deməkdir. O ABŞ və İsrailə mesaj verir ki, Suriyadakı nüfuzunun əldən getməsinə imkan verməyəcək”

 

Bunu İsrailin Haretz qəzeti bu gün dərc etdiyi məqalədə deyib.

Bildirilib ki, bu ballistik zərbələrdə məqsəd İŞİD deyil, əsasən ABŞ və İsraildir.

Bir çox İsrail telekanalları və müxtəlif media qurumları da İranın ölkədən İŞİD-i ballistik raketlə vurmasını işıqlandırıb və bunun əsasən İsrail və ABŞ-a mesaj olduğunu deyiblər.

Qeyd edək ki, Sepah ötən gecə İranın qərbindəki qərargahlarından İŞİD-in Dirazzurdakı obyektlərini 6 ədəd ballistik raketlə vurub. Bu ilk dəfədir ki, İran istehsal etdiyi ballistik raketlə digər ölkənin ərazisindəki düşmənini hədəfə alır. Bu məsələ bölgədə mühüm əks səda yaradıb.

 

 

 

Mənbə

 

 

Leave a Response