- Cümə
Dekabr 19, 2018

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İngiltərə silahlarının Yəməndəki faciələri

2016/08/22, 00:20


İngiltərə silahlarının Yəməndəki faciələri

İngiltərədə anti-müharibə fəalı Yəməndəki faciələrə İngiltərənin silahlarından istifadə və dəstəklərinin səbəb olduğunu bildirib.

İngiltərədə anti-müharibə fəalı Yəməndəki faciələrə İngiltərənin silahlarından istifadə və dəstəklərinin səbəb olduğunu bildirib.

 

"Silah Ticarəti əleyhinə Təbliğat Hərəkatı"nın media məsələləri üzrə rəhbəri Endryu Smit İRNA-ya müsahibədə İngiltərə hökumətinin repressiv Bəhreyn və Səudiyyə Ərəbistanı rejimlərinə siyasi və hərbi dəstəklərini pisləyərək deyib: Yəməndəki insan faciələri Londonun dəstəyi və İngiltərə silahlı ilə həyata keçirilir.

Bu ingilis fəalı əlavə edib: İngiltərə silahı Yəmənin infrastrukturlarının məhv olunmasında əsaslı rolu oynayıb.

Smit təmsil etdiyi qrupun Səudiyyə Ərəbistanına silah dəstəyinə görə İngiltərə hökumətindən Ali Məhkəməyə şikayət etməyi nəzərdə tutduğunu və bu şikayət ərizəsini yanvar ayında məhkəməyə təqdim etməyi qərara aldığını bildirib.

Londonda Yəmən xalqına dəstək beynəlxalq konfransının iştirakçıları da şənbə günü səudiyyə rejiminin Yəməndəki cinayətlərini sadalayaraq İngiltərənin Ərəbistan hökumətinə dəstəyini utandırıcı adlandırıblar.

İngiltərə və digər ölkələrin bir qrup siyasi və hüquqi şəxsiyyətlərinin iştirakı ilə Londonda keçirilən bu konfransın iştirakçıları Səudiyyə Ərəbistanı və müttəfiqlərinin vəhşicəsinə təcavüzləri qarşısında Yəmən xalqını dəstəklədiklərini bildiriblər.

 

 

Mənbə

Tag və ya açar söz

İngiltərə silahlarının Yəməndəki faciələri

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter