Hədəflərimiz & Missiyamız

Hədəflərimiz

  1. Mütəşəkkil zorakılıq və dövlət terrorizminin qurbanları və zərərçəkənlərin hüquqlarını müdafiə məqsədi ilə onların haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdan ötrü, müstəqil hüquqşünasların imkanlarının artırılmasına zəmin yaratmaq.
  2. İnkişaf etmiş dövlətləri BMT-nin İnsan Hüquqları Nizamnaməsinə dair üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə həvəsləndirmək və ikili standartlara yol verməkdən çəkindirmək.
  3. İnsan hüquqları sahəsində fəaliyyətlərinə görə dövlətlər və siyasi cərəyanlar tərəfindən beynəlxalq səviyyədə təzyiqlərə məruz qalan universitet müəllimlərini dəstəkləmək.
  4. İnsan hüquqları ilə məşğul olan təhqiqatçılar və tələbələr üçün, tanınmış və müstəqil siyasi və hüquqi fəalların nəzərləri və rəyləri əsasında, beynəlxalq aləmdə baş verən hadisələr barəsində yenilənmiş və mötəbər xəbər mənbəyi yaratmaq.
  5. İslam dinində İnsan Hüquqları ideyalarının əsaslarını tanıtdırmaq məqsədi ilə bütün dinlərin hüquq alimləri arasında dialoq və müzakirələrin təşkili.
  6. Birləşmiş Millətlər Təşkilatından məşvərətçi statusu əldə etmək.

 

Missiyamız

  1. Insan hüquqları, beynəlxalq münasibətlər və siyasi elmlər üzrə ixtisaslaşan universitet müəllimlərindən beynəlxalq aləmdə baş verən hadisələr barəsində müsahibələr almaq.
  2. Universitet müəllimlərinin “Həqiqət” QHT-ni maraqlandıran mövzulardakı məqalələr və təhlillərini dərc etmək.
  3. İnsan hüquqlarının pozulması və inkişaf etmiş ölkələrdə bu barədə baş verən hadisələrə dair xəbərləri işıqlandırmaq.
  4. İnsan hüquqlarının pozulmasından bəhs edən şəkillər və video-təsvirləri yaymaq.
  5. İnkişaf etməkdə olan və dünya qüdrətlərinin himayəsi altında olan dövlətlərdə insan hüquqları və humanitar beynəlxalq hüququn pozulmasının araşdırılması və təhlilinə dair QHT-lərin iştirakı ilə dairəvi masalar və konfransların təşkili və bu cür tədbirlərdə iştirak etmək.
  6. Sənədləşdirilmiş və əsaslandırılmış hesabatların fakt-araşdırıcı komitələrə və İnsan Hüquqları üzrə BMT-nin xüsusi nümayəndəsinə təqdim edilməsi.
  7. Kölgə hesabatlarının təqdimi (shadow reports)
  8. Mühazirələr oxunması və məqalələrin təqdimatı məqsədilə universitet müəllimləri və hüquq müdafiə təşkilatlarının xüsusi nümayəndələrinin dəvət edilməsi.
  9. İnsan hüquqlarının beynəlxalq səviyyədə pozulması əleyhinə keçirilən piketlər və etiraz aksiyalarında iştirak.