قالب وردپرس درنا توس

Google daimi olaraq sizi dinləyir və səsinizi yazır. Bu səs yazılarını necə tapmalı

Pis xəbər – bəli, bu doğrudur. Yaxşı xəbər – siz bu səs yazılarının hamısını silə bilərsiz.

 

“Trut NGO” xəbər verir ki, Google axtarış sistemi xəlvətcə, istifadəçilərə heç bir xəbərdarlıq etmədən onların danışıqlarını yazır və öz serverlərində qoruyub saxlayır.

Söhbət, təkcə sizin telefon danışıqlarınızdan getmir: sizin smartfonunuz stolun üstündə, sizin yaxınlığınızda olan zaman belə səsinizi yazır və Google serverlərinə ötürür.

Odur ki, əgər siz çoxdandır smartfondan istifadə edirsizsə, o halda uzun müddət ərzində Google tərəfindən yazılaraq saxlanılan öz səs yazılarınızı dinləyə bilərsiz.

Şirkət bunu heç gizlətmir də.  Bu barədə Google-nin hazırladığı, bir neçə səhifədən ibarət uzun-uzadı “istifadəçilər üçün razılaşma”da qeyd edilib. Yəqin ki, çoxları bu razılaşmanı heç oxumur.

Bu Google-nin nəyinə lazımdır?

Şirkət topladığı bütün bu məlumatları özünün süni intelektinə ötürür. Süni intelekt isə, öz növbəsində bu səs yazıları əsasında sizi anlamağa çalışır, axtardıqlarınızı tez bir zamanda tapmağı asanlaşdırır. Nəzəri cəhətdən, yaxşı bəhanədir və hər şey sizin rahatlığınıza hesablanıb.

Necə deyərlər, çox gözəl səslənir. Lakin məsələnn 3 “əmması” var:

  1. Kimsə parolunuzu sındırıb hesabınıza daxil olsa, bu məlumatları əldə edə bilər.
  2. Hakimiyyətlə ciddi münaqişəniz yaranacağı təqdirdə, bu məlumatlardan sizin əleyhinizə istifadə edilə bilər.
  3. Bu məlumatlar sizin üçün ən dəqiq, “məhz sizin üçün hazırlanmış” reklamları sizə göstərməkdən ötrü istifadə olunur.

Xoşbəxtlikdən bütün bu məlumatları silməyin yolu var. Bunu, çoxlarına məlum olmayan xüsusi servis vasitəsilə etmək olar. Sadəcə qeydiyyatdan keçib, bütün bu yazıları silmək lazımdır.

Sizə lazım olan linklər bunlardır:

  • Bu linkdə telefonunuzun mikrafonunun yazdığı bütün məlumatlar saxlanılır. Əgər burda heç bir məlumat yoxdursa, deməli siz sadəcə səs köməkçisindən istifadə etməmisiz, yəni heç vaxt “OK, Goggle” deməmisiz.
  • Burada isə internetdəki fəaliyyətləriniz əsasında Google-nin sizin barənizdə hazırladığı bütün dosye var.

Toplanan məlumatlar arasında, həmçinin sizin (yəni telefonunuzun) nə vaxt və harada olmanız, internetdə axtardıqlarınız,  yüklədiyiniz səhifələr və s. yer alb.

Amma bu serverin ən faydalı funksiyası isə – bu məlumatları tez bir zamanda ordadan silmək imkanın olmasıdır. Siz silmək istədiyiniz məlumatları işarələyə, və ya sadəcə bircə işarə qoymaqla bütün məlumatları silə bilərsiz. Kompyuter siçanının sol düyməsini sıxmaqla “Silmə parametrlərini seçin” seçimini qeyd edin.

Bu məlumatları mütləq dostlarınıza da ötürün ki, onlar da bundan xəbərdar olsunlar.

 

 

Həmid Türki

Leave a Reply

Your email address will not be published. Required fields are marked *