Feminizmin anası – Yerusəlim mükafatçısı – gənc qızları zorlayırdısa!

Dünyada qlobal ictimai-siyasi cərəyanlara tərəfsiz yanaşanlar gözəl bilir ki, feminizm – qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi – qadınlara kişilərlə bərabər hüquq tələb edilməsi qəddar sənaye dünyasını ucuz işçi qüvvəsi ilə təmin etmək, qadından daha çox pul çıxarmaq məqsədi ilə ortaya atılmış layihələrdir.

 

Bunun imperializmə aidiyyatı odur ki, qərb formatında azad qadın qazanc mənbəyidir. Sionizmə dəxli odur ki, sionizm imperializmlə siam əkizidir. Sual olunur: imperialist güclər nə üçün sionizmi müdafiə edir? Sionizm imperializmə qazanc gətirmir, pul aparır. Bu iki hadisəni (imperializm və sionizm) sadəcə şərik sayaraq onların müştərək maraqlara malik olduğunu deyə bilərik.

Feminizmdən danışmaq, bu mövzuda müzakirə aparmaq üçün ibtidai biliklərə malik olmaq lazımdır. Təəssüf ki, böyük əksəriyyət feminizm deyəndə təkcə qadın hüquqlarının müdafiəsini nəzərdə tutur. Demək, mövzu ilə bağlı ciddi məlumatsızlıq var. Müqəddimə üçün bir sıra zəruri nöqtələri nəzərdən keçiririk.

Feminizm latınca femina sözündən olub, qadın mənasını bildirir. Feminizm üç dalğası qeyd olunur:

-19 əsrdə qadınlara seçki hüququ tələb edən sufrajist hərəkatı;

-1960-cə illərdə start götürmüş hüquqi və sosial bərabərlik  hərəkatı;

-1990-cı ildən bu günə qədər davam edən seksual bərabərlik uğrunda mübarizə…

sy35678656809765

Kimdir ilk feminist qadın? Bu mübahisəli mövzudur. Birinci feminist kim olub? Bəziləri Yunan mifologiyasında yer ilahəsi Heyanı (Qeya)  feminizmin pioneri sayır. O, səma tanrısı Uranın zövcəsi kimi təqdim olunur. Heyanın 40 saatlıq işçi həftəyə etiraz etməsi barədə də əhvalatlar var.

Sadəcə hər versiya bizə feminizmin mahiyyətini dərk etməkdə kömək edir. Bovuar versiyası isə feminizmin iç üzü, tərifidir!

Bovuar! Bəziləri iddia edir ki, ilk feminist qadın Simona de Bovardır. Simona de Bovuar (Simona-Ernestin-Lüsi Mari Bertrand de Bovuar) 1908-ci ildə Parisdə doğulub. Onu yazıçı, ekzistensialist filosof, siyasi fəal, feminist adlandıranlar var. Fakt, bu xanımın 1949-cu ildə yazdığı “İkinci cins” əsəri feminizmin ən qalmaqallı əsərlərindəndir. Bovuar uşaq yaşlarında rahibə olmaq istəyirdi. Amma 14 yaşında keçirdiyi mənəvi böhran onu birdəfəlik ateizm girdabına saldı.  Jan Pol Sartr bu qadına evlənmək təklif edəndə qəribə cavab alır: “Mənim buna bacarığım yoxdur!!” Atası da onu kişiyə bənzədirdi. Amma onlar birikdə yaşadılar və heç vaxt övladları olmadı. Bovuarın  gənc qız sevgililəri vardı. Onun tələbəsi Biyanka Lamblin  “Bir gənc qızın xatirələri” kitabında yazırdı ki, o yeniyetmə olarkən otuz yaşlarında olan müəlliməsi Simon De Bovuar tərəfindən cinsi istismar olunurdu. Bovauar Sartla “seks üçlüyünü” təcrübədən keçirirdi. Yatağına girdiyi gənc qızları Sartrın yatağına ötürürdü. Bovuarın “İkinci cins” əsəri nəinki Fransada, hətta Amerikada böyük tirajla yayıldı. Bu kitabda ayrıca Lesbiyan fəsli var. Kitab dünyanı dəyişən on kitabdan biri sayılır. Onu qadınların bibliyası adlandıranlar da olub.

1970-ci illərdə Bovuar Fransa qadınlarının azadlıq hərəkatında böyük aktivlik göstərdi. O, Fransada qeyri-qanuni hesab olunan abort barədə qanuna qarşı çıxan qadınların imzaladığı 343-cü Manifestinə imza atdı. 1974-cü ildə abort Fransada qanuniləşdirildi. Bovuarı feminizmin anası hesab edirdilər. Bəli, feminizmin anası təcrübəsiz qız tələbələrini cinsi istismar edirdi!!

sy3787654567654-1

Sufrajizm nədir? İngiltərədə seçki hüququna “sufraj” da deyilib. Bu hüquq uğrunda mübarizə aparan qadınlar “sufrajist qadınlar” adlandırılıb.  İngiltərədə sufrajist hərəkatı 19-cu əsrin ortalarından başlanmışdır. Sufrajist qadınlar təkcə səs vermək üçün mübarizə aparmırdı, onların başqa tələbləri də vardı. 1903-cü ildə xanım Emmelin Panhorst qadınları qanunu pozmağa çağırdı. Onlar küçələrdə yürüşlər təşkil edir, divarlara “qadınlara səs hüququ” şüarları yazırdılar. Sufrajist qadınlar o qədər aqressivləşmişdilər ki, özlərini zəncirlə parlament binasının hasarlarına bağlayırdılar. Bu hərəkat nəinki hakimiyyət, hətta cəmiyyətdə də böyük hiddət doğurdu.

Gender ya gender bərabərliyi nədir? Gender bərabərliyi feminizm deyil söyləyənlər var. Haqlıdırlarmı? Gender ingiliscə cins mənasını bildirir. Çağdaş dövrdə gender bərabərliyi aktualdır. Gender bərabərliyi cəmiyyətdə daha çox qadınlara yer vermək kimi xarakterizə edilir. İngiltərə kişinin dominantlığına sabit baxdığı zamanda Yeni Zelandiya 1893-cü ildə qadınlara seçki hüququ verib. Fransa Avropada qadınlara seçki hüququ verən son ölkələr arasındadır.

Gender bərabərliyi də feminizm kimi qərb ölkələrindən qaynaqlanır. İddialar var ki, feminizm qadın hüquqlarını önə çəkirsə, gender bərabərliyi bu ayırıseçkiliyin əleyhinə çıxır, cinsindən asılı olmayaraq insanların eyni hüquqa malik olması düşüncəsini müdafiə edir. Əslində isə hər iki cərəyan bir təbilə döyəcləyir.

Feminizm dünyanı hara çəkir?

Feminizm qadın haqlarını müdafiə edən cərəyan, məktəbdir deyənlərin bu siyasi oyundan bildiyi təkcə feminizm sözüdür.

Qadın marağı kişi marağını kölgədə qoyur. Divarın arxasını görmək həvəsi zərif adlandırdığımız, bu gün sorağı boks, əlbəyaxa döyüş meydanlarından gələn qadınlarda qat-qat güclüdür. Bəlkə bu maraq qadını kişi olmaq, kişilərlə bərabər olmağa həvəsləndirib. Hər halda dünyaya hakim güclər bu maraqdan məharətlə faydalandı, qadın istismar edildi, istismar aləti oldu.

9-ci əsrə qədər qadınların təhsil aldığı yeganə yer monastırlar idi. İmperator Karlın göstərişi ilə (feministlərin ilk hamisi) bütün şəhərlərdə hər iki cinsdən uşaqların təhsil alması üçün məktəblər yaradıldı.

sy36654689765765

İlk fransız feminst xanım Kristina Pizanskaya (15 əsr) “Qadın şəhəri” kitabı ilə hakim qadın obrazını cəmiyyətə qəbul etdirir. O bu kitabı kraliça İzabella Bavarskaya təqdim edir.

Alman filosofu və həkimi Anri Kornelius Aqrippa qadının bioloji baxımdan kişidən üstün olduğunu iddia edir. Bu artıq kişilərlə bərabərlik yox, kişilərdən üstünlük, kişilərə hakimlik istəyi idi. Onun gülünc arqumentlərindən biri qadınların keçəlləşməməsidir!!

Mari Janom Antuan de Kondorse qadınlara kişilərlə bərabər seksual meydan tələb edəndə bunun bəşəri tərəqqi üçün yarışma stimulu olacağını vəd edir. Onun Konstitusiya barədə esse yazısında cinslərə azad seks hüququ tanınır.

Feminizmin ədəbiyyatda da hamiləri tapılır. Sartrın Bovuarla iyrənc oyunları bir yana qalsın. Corc Sand qalmaqallı İndiana romanı ilə 19 əsrdə feminizmin simvoluna çevrilir. Əsərdə qadın nikahı mənfur buxov adlandırır.

 

sy367898765

Amerikada quldarlığın ləğvi kimi siyasi aksiyada feminst hərəkat da özünü göstərir. Nyu-Yorkda Elizabet Kedi Stenton və Lukresiya Mut qadın hüquqlarının müdafiəsi şüarı altında ilk konvensiyanı yaradır.

Feminizm tarixində maraqlı hadisələrdən biri aborta azadlıq verilməsi tələbidir.  1923-cü ildə ailə planlaşdırması layihəsi gündəmə gəlir. Marqaret Senqerin aborta kömək üçün açdığı məlumat bürosu uşağın qadın azadlığına mane olması iddiası ilə çıxış edir. 1956-cı ildəBostonda həkim Qreqori Pinkus yenovid adlı həbi ilə qadınların seksual həyatında inqilab yaradır. Artıq qadınlar uşağa qalmaq qorxusundan azad olurdu!! Əgər 1960-cı ildə bütün Amerika üzrə cəmi 256 qadın bu həbdən istifadə etmişdisə, 1990-cı ildə 113 milyon qadın çıxış yolunu bu həbdə görür.

Feminizmin ekstremizmə keçidi:  1963-cü ildə radikal  SCUM (Axtalanmı kişilər cəmiyyəti ) cəmiyyəti yaradılır. 1970-ci ildə Hollandiyada küçələrə axışan aqressiv feminst qadınlar qarşılarına çıxan kişiləri ayıb yerindən təpikləməyə başlayır.

Və seksual azadlıq ya bərabərlik: 1977-ci ildə Vivyen Vestvud aqressiv və seksual qadın rokunun bünövrəsini qoyur.  Rok səhnəsində kişilər qadına, qadınlar kişiyə bənzəyir. Bu təsadüf ya gənclik marağı deyildi, layihə arxasında ailə institutunu dağıtmaq istəyən güc dayanırdı. 1980-ci ildə qadın hüquq təşkilatlarının kölgəsində pank-inqilab qovğası qopur. Aqressiv feminizm nə yolla olur olsun qadını cəmiyyətin gözünə soxmağa çalışır. Shoking Pink jurnalı neo-feminizm adı altında bu aqressivliyin təbliğatçısı olur.

Bu gün müsəlman ölkələrində feminizmə ciddi sərmayə yatırılır. Hətta Əfqanıstanda 70-ci illərdən başlayaraq feminst fəal qadınlar peyda olub. Bu qadınlar Bovuarın yolunu getməyəcəkmi? Kim buna zəmanət verir? Gənc qızları Bovuar feminizmindən qoruyun!

 

 

Məhəmməd Musalı

 

 

Mənbə

 

Leave a Response