قالب وردپرس درنا توس

Fazil Mustafanın ittiham etdiyi “Zəhra Ana” dərnəyindən cavab

“Fazil Mustafaya cavab

Dərnəyimizin himayəsində qurulan “Azərbaycan Məktəbi” əsası qoyulandan bəri Türkiyə və Azərbaycan daxil olmaqla, heç bir ölkədən maddi yardım almamışdır. Məktəb, xeyirxah insanlarmızın Zəhra Anaya duyduqları güvən və etdikləri iştirakla fəaliyyyətinin 5-ci ilində yüzlərlə tələbəyə xidmət etməkdədir.

Bu müddət ərzində Azərbaycanımızın qeyri-hökumət təşkilatları, təhsil işçiləri, təlimçiləri, telekanalları, bürokratları, iş adamları, Ankara və İstanbuldakı diplomatları, diaspora üzvləri dəfələrlə məktəbimizi ziyarət etmiş və ziyarətlərdə tələbələrə rəsmi diplomaların verilməsi əsas mövzu olmuşdur.

Ölkəmizdə qeydiyyatdan kənar yaşayan dünyalarına nur saçmaq niyyəti ilə maddi və mənəvi yük altına girməkdən çəkinməyən, Türkiyə və Azərbaycanda döymədikləri qapı  qoymayan dərnəyimizin bütün fəaliyyəti açıq və şəfaf aparılmışdır. Məktəbimizdə Azərbaycandakı təhsil standartları ilə eyni bir təhsil sistemi tətbiq olunur.

Azərbaycanın milli birliyi və torpaq bütünlüyü xaricində heç bir ideologiyanın girmədiyi məktəbimiz haqqında Fazil Mustafanın ağıla zidd və həqiqətə uymayan ittihamları bizi həddindən artıq kədərləndirmişdir.

Qəlbi vətən sevgisi ilə dolu  hər bir azərbaycanlını  şükür duyğularına boğacaq bu fəaliyyətlər çox təəssüf ki, Milli Məclisdə fəaliyyət göstərən birində kin və nifrətə səbəb olmuşdur.

Məktəbimizlə bağlı hazırladığımız bu videonu  Türkiyə və Azərbaycan millətinə təqdim edir və Fazil Mustafanı üzr istəməyə dəvət edirik.

Sayqılarla”

 

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *