Fələstinlilərə qarşı İsrail vəhşiliyi – REPORTAJ

Fələstinlilərə qarşı İsrail vəhşiliyi - REPORTAJ

Həmas və Fələstin İslami Cihad hərəkatları İsrail hərbçilərinin Əl-Əqsa məscidinin yaxınlığında 3 fələstinli gənci atəş açaraq, şəhid etmələrini vəhşilik adlandırıblar.

 

Fələstinlilərin şəhadətsevər əməliyyatı nəticəsində daha bir İsrail polisi həlak olub. Bu polis zabiti dünən axşam Qüds şəhərində fələstinlilərin şəhadətsevər əməliyyatı zamanı yaralanmışdı. Bu əməliyyatda iştirak edən fələstinlilər də İsrail polisi tərəfindən vurularaq, şəhid edilib. Daha sonra İsrail hərbçiləri bu əməliyyatı törədən fələstinlilərin yaşadığı kəndi mühasirəyə alıblar. Fələstinin müqavimət hərəkatları Qüdsdə törədilən əməliyyatı fələstinlilərin İsrailin işğalçılıq siyasətlərinə qarşı təbii reaksiya adlandırıblar.

Fələstinlilərin axşam azanından bir qədər öncə Əl-Əqsa məscidinin həyətini tərk etməklə məşğul olduqları bir vaxtda İsrail polisi 2 fələstinli gəncə tərəf atəş açaraq, onları şəhid ediblər. Bu hadisənin ardınca İsrail hərbçiləri ilk hadisənin 100 metrliyində daha bir fələstinli gənci atəş açaraq şəhid edir, daha iki fələstinlini isə yaralayırlar.

Fələstinli:

“Görüntüləri qeydə al, qoya sionistlərin bizimlə nə etdiklərini hamı görsün. Onlar öncədən planlı şəkildə fələstinli namazqılanlara atəş açmaq üçün bura toplaşıblar.”

Fələstnli:

“Sionistlər bizə tərəf atəş açdılar və bir qrup insan yaralandı.”

Şəhid edilən fələstinli gənclər Ramallahın yaxınlığında yerləşən Deyr Əbu Məşəl kəndinin sakinləridirlər. İsrail polisi onların sionist hərbçilərə qarşı əməliyyat törətdiklərini, bir hərbçini öldürdüklərini və daha bir hərbçini də yaraladıqlarını iddia edirlər. Bunun ardınca İsrail hərbçiləri fələstinliləri Əl-Əqsa məscidinin həyətindən çıxardaraq, onların iftar mərasimində iştirakına mane olublar. Həmçinin, Qüdsü qapalı məntəqə elan edərək, fələstinliləri öz mağazalarını bağlamağa məcbur ediblər.

Fələstinli:

“İsrail hərbçiləri fələstinlilərin dükanlarını bağlayaraq, onları buradan uzaqlaşdırıblar. Onlar namaz qılanlara da hücum edərək, onları döydülər. Biz burda ticarətlə məşğuluq. Sionistlər isə bizə mane olurlar.”

Fələstinli:

“İsrail hərbçiləri 3 fələstinli gənci şəhid edərək, fələstinliləri dükanlarını bağlamağa məcbur etdi.”

İsrail hərbçiləri həmçinin, bir neçə fələstinlini sionistlərə qarşı əməliyyatla bağlı şübhəli qismində həbs ediblər. Həms və Fələstinin azadlığı uğrunda xalq cəbhəsi hərəkatları anti-sionist əməliyyatın bu hərəkatların üzvləri tərəfindən törədildiyini elan ediblər.

 

 

 

Mənbə

Leave a Response