- Cümə
Dekabr 19, 2018

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Eynulla Fətullayev İsrailin cinayətlərini ort-basdır etməkdən ötrü "Müaviyənin taktikasından" istifadə edir

2018/05/16, 11:25


Eynulla Fətullayev İsrailin cinayətlərini ort-basdır etməkdən ötrü

Görəsən zibili,  zibil qabından kənara atmaq böyük cinayətdir, yoxsa başqasının torpağını zəbt edərək uşaq və qadınlarını öldürmək, kişilərini həbs etmək?!

Görəsən zibili,  zibil qabından kənara atmaq böyük cinayətdir, yoxsa başqasının torpağını zəbt edərək uşaq və qadınlarını öldürmək, kişilərini həbs etmək?!

Qüdsün İsrail paytaxtı elan edilməsi və orada Amerika səfirliyinin açılması ilə əlaqədar yürüş keçirilmişdi. Yürüşdə 10-larla fələstinli şəhid olub və xeyli yaralananlar var. Dünya birliyi isə özünü elə aparır ki, sanki heçnə olmayıb. Hətta bəzi nadanlar fələstinliləri günahkar bilir. Belə yerdə deyiblər, “oğru elə qışqırdı, doğrunun bağrı yarıldı”.

Təsəvvür edin əgər bu cinayətləri İran törətsəydi, indi dünyada vəziyyət necə olardı?! Bütün kanallar, kütləvi informasiya vasitələri, saytlar, səhifələr yalnız bu barədə danışardı. Lakin qanı tökülən müsəlman olduğuna görə və zülm edən İsrail olduğu üçün nədənsə dünyada qəribə, utancverici, ürəkyandıran bir sakitlik hökm sürür.

Bu hadisələri yaxından işıqlandırmaq üçün İsrailə səfərə yollanan Eynulla Fətullayev isə fəaliyyətini öz ampulasında davam etdirir. Eynulla Fətullayev fələstinlilərin tələfatını özünə məxsus tərzdə işıqlandırır. “Nə şiş yansın, nə kabab” məsəlinə uyğun olaraq, xəbəri elə yerləşdirir ki, guya fələstinlilərə canı yanır. Eynulla müəllimin dediyinə görə, bu yürüşdə günahkar Fələstinliləri bu yürüşə dəvət edən siyasi liderlərdir.

Eynulla müəllim belə bir həssas vaxtda, olduqca uyğun gedişə əl atdı. Çünki bu qədər günahsız insanın qətlinə haqq qazandırmaq və ya bununla barışmaq, onun imicinə xələl gətirə bilərdi. Lakin, İsraili də “ayağa” verə bilməzdi. Bəs nə etməli? Eynulla müəllim 3-cü (axırıncı) varianta əl atdı. Onun dediyinə görə, bu yürüşə görə nə fələstinlilər, nə də İsrail günahkar deyil. Günah fələstinliləri meydana göndərən siyasi liderlərdədir. Bu eynilə Müaviyənin taktikasıdır. Əmmar Yasirin şəhid edilməsini ört basdır etməyə çalışan Müaviyə demişdi ki, Əmmar Yasiri döyüşə İmam Əli əleyhsalam göndərib, oduki onun şəhid edilməsində günahkar Əli əleyhsalamdır. 1400 ilə yaxın zaman keçib, lakin bu taktika da öz aktuallığını itirmir.

Təsəvvür edin, insanlar öz torpaqlarının müdafiəsinə qalxır, vətənləri uğrunda canlarından keçirlər, İsrail vəhşicəsinə yürüşün qarşısını alır, qanlar axıdılır, amma, Eynulla müəllim çox soyuqqanlıqla bu vəziyyətə görə siyasi liderləri günahlandırır. Görəsən Eynulla müəllimin evi qəsb edilsə, yenə də bucür reaksiya göstərər? Axı “oturduqları yerdə” evləri işğal olunan fələstinlilərin nə günahı var?

“Axırıncı aşırım” filmində səsləndirilən ifadəni xatırlatmaq yerinə düşərdi. Torpaqları əllərindən alınan yer sahiblərindən biri belə fikir səsləndirir: “Torpaq mənimdir, istərəm əkərəm, istərəm ilan mələdərəm”. Fələstin İsrail məsələsi də bucürdür. Torpaq fələstinlilərindir, istərlər yürüş edərlər, istərlər “ilan mələdərlər”. Bunun İsrailə nə aidiyyatı var? Dünyanın müxtəlif məntəqələrindən “basa-basa” gələrək “xalxın” torpağını işğal etməkləri azmış kimi, hələ üstəlik yürüşə görə yerli əhalini günahlandırırlar.

Belə taktika və gedişlər Eynulla müəllim üçün adi haldır. Görəsən Fələstin küçəsində zibil qabını çəkərək ictimailəşdirən Eynulla müəllim, niyə görə İsrailin cinayətlərini görməməzliyə vurur? Məgər Eynulla müəllim bilmirmi ki, həmin zibilli küçələrin komunnal idarəçiliyinə İsrail cavabdehdir? Zibilin vaxtında atılmaması İsrailin günahı olduğu halda, niyə bu işdə fələstinliləri hədəfə alır? Müsəlmanlar inkişaf etdiyi bir zamanda, Amerikada yəhudilərə “çirkli siçan” deyirdilər. Niyə Eynulla müəllim qərəzli və birtərəfli xəbərlər paylaşaraq, sanki insanlarda İsrailə qarşı simlatiya yaratmaq istəyir? İsrailin fələstinli uşaqları qətlə yetirməsini, əhalini evlərindən didərgin salmasını arxa palana atan Eynulla müəllim, niyə bu “zibil qabıdan” əl çəkmək istəmir?! Necə deyərlər “heç hənanın yeridir?!”. Əslində belə manevrlər diqqətləri yayındırmaq üçündür. İnsanların fikirlərini bucür yayındırıcı məsələlərlə məşğul edərək, əsl faciələri pərdə arxası etməyə çalışır.

Eynulla müəllimin senarisinə diqqət edin. Əvvəlcə İsrail səfirliyindəki qalmaqal, ardıyca Fələstin küçəsindəki zibil qabı, sonra İsrail ordusunun guya İran obyektlərinin 80%-ni məhv etməsi, dünən isə fələstinli siyasi liderlərin günahlandırılması. 1-ci İsraili hədəfə alaraq diqqətləri özünə cəlb edir, sonra təmizlik filan məsələlərini ortalığa ataraq insanları İsrailə qarşı nisbətən mülayimləşdirir, ardıyca İsrailin guya hərbi “qüdrətini” göstərir, sonda isə günahı fələstinli siyasi liderlərin üzərinə atır. Hər dəfə müxtəlif taktika. Eynulla müəllim də başa düşürdü ki, əvvəldən axıra qədər ancaq İsraili tərifləyib, Fələstini hədəfə alsaydı, heç kim ona inanmazdı. Oduki bucür hiyləgər kombinasiyaya əl atdı.

Sonda Eynulla müəllimə bir söz ünvanlamaq istəyirəm: “Hörmətli” Eynulla müəllim! Zaman gələcək nə sən, nə də sənin ağaların bu dünyada olmayacaqlar. Gələcək nəsillər səni, özündən sonra yadigar qoyub getdiyin yalan, hiylə və ikiüzlülüklə xatırlayacaqlar!

 

Nicat Kazımov, Feysbuk

Tag və ya açar söz

Eynulla Fətullayev İsrailin cinayətlərini ort-basdır etməkdən ötrü "Müaviyənin taktikasından" istifadə edir

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter