قالب وردپرس درنا توس

Camal Kaşıkçının yoxa çıxması Ərəbistanın vəhşilik xüsusiyyətinə tam uyğundur

Britaniyada çıxan Qardiyan qəzeti çərşənbə axşamı Səudiyyə rejiminin ciddi tənqidçilərindən olan Ərəbistanlı jurnalist və yazar Camal Kaşıkçının Türkiyədə yoxa çıxmasına dair analitik yazı dərc edərək, Ərəbistanın Məhəmməd bin Salmanın(vəliəhd) rəhbərliyi altında “0 tolerantlıq” siyasət kursunu seçmiş bir rejimə çevrildiyini bildirib.

“Həqiqət” QHT (Truth NGO) – Qardiyan bu yazıda Kaşıkçının yoxa çıxmasının, onun Səudiyyə rejimi əleyhinə məqalələr yazdığı üçün, bu rejimin agentləri tərəfindən oğurlanaraq, öldürüldüyünə dair fikirləri gücləndirdiyini bildirib.

Məqalədə həmçinin deyilir: Ötən illərdə Ərəbistanda cərəyan edən siyasi proseslər aydın bir xüsusiyyətə malikdir. Belə ki, Məhəmməd bin Salmanın iqtidarı ələ keçirdiyi zamandan Ər-Riyad kimin tərəfindən olmasından asılı olmayaraq, istənilən müxalifəti tam bir vəhşiliklə repressiya edir.

Camal Kaşıkçı 2 oktyabrda İstanbulda Ərəbistanın baş konsulluğuna müraciət etdikdən sonra yoxa çıxıb.

Türkiyə mənbələri Kaşıkçının Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda qətlə yetirildiyini, daha sonra isə cəsədinin konsulluq binasından çıxarıldığını deyirlər.

Əl-Cəzirə kanalı da bazar günü səhər Camal Kaşıkçının cəsədinin İstanbulda aşkar edilməsindən xəbər vermişdi.

Əl-Cəzirə Camal Kaşıkçının Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda işgəncə edildiyini də bildirib.

Beynəlxalq Amnistiya Təşkilatı da Camal Kaşıkçının öldürülməsi xəbərinə reaksiya olaraq, bir bəyanat yayıb. Bəyanatda Camal Kaşıkçının qətli Ali Səud rejiminin tənqidçilərinin hətta, ölkədən kənarda belə təhlükəsizliyə malik olmadıqları anlamında dəyərləndirilib.

Səudiyyə rejiminin tənqidçilərindən olan jurnalist Camal Kaşıkçının adı Ərəbistanda polis tərəfindən axtarışda olan və barəsində həbs qərarı çıxarılan şəxslər siyahısında olub. O, həbs olunacağından qorxaraq, təqribən bir il öncə Ərəbistanı tərk etmişdi. .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *