Bunlar insan deyil!!! Türk əsgərlərinin suriyalı qaçqınlara qarşı vəhşiliyi! – Video

İnsanilıqlarını itirmiş vicdansız türk əsgərlərinin suriyalı məzlum qaçqınlara qarşı törətdikləri insanlığa sığmayan vəhşiliklər sosial şəbəkələrdə ciddi narazılıq doğurub…

“Truth.ngo” xəbər verir ki, deyəsən Türkiyə Cumhuriyyəti müsəlman Suraya xalqının son nəfərə qədər qırılmasına dair üzərinə öhdəlik götürüb. Dünyanın hər yerindən gələn terrorçu vəhhabiləri İraq və Suriyaya keçirib orda müsəlmanların qanını tökməyə şərait yaradan Türkiyə Cumhuriyyəti, məzlum xalqın İŞİD, Ən-Nüsrə, ASO kimi terorçuların əlindən qaçmasının da qarşısını alır.

Sosial şəbəkələrdə – türk sərhədçilərinin terrorçulardan amanda qalmaqdan ötrü  Türkiyəyə pənah gətirən suriyalı gəncləri vəhşicəsinə işğəncə edib döydüklərinin lentə alındığı video yayılıb. Nə zaman və harada çəkildiyi hələlik məlum olmayan videoda əli silahlı türk əsgərlərinin əliyalın, türk dilində belə anlamayan suriyalılara necə işğəncə verdikləri, onları təhqir edib vəhşicəsinə döydükləri aydın görünür. Videonun sonunda “qəhərəman” türk əsgəri tərəfindən təpiklə vurulan suiryalı qaçqının daxili orqalarının zədə alındığı ehtimal olunur. Qeyd edək ki, döyülən və işğəncələrə məruz qalan suriyalı qaçqınların sonrakı taleyi məlum deyil. Videodan məlum olur ki, əsgərlər onları polis bölməsinə aparırlar.

Dünyanın xristian ölkələrindəki ictimai fəalların belə məzlum Suriya xalqına yardım edib onları himayə etdikləri bir vaxtda, özünü müsəlman adlandıran Türkiyə Cumhuriyyəti əsgərlərinin bu vəhşiliyi insanda heyrət doğurur.

Qeyd edək ki, Ərdoğan hökuməti güya suriyalı qaçqınlra yardım etmək və onlara sığınacaq vermək bəhanəsi ilə Avropa Birliyindən 3 milyard yevro pul da alıb.

12 yaşlı suriyalı uşağın başını kəsən “Azad Suriya Ordusu” kimi terrorçu qruplaşmanı rəsmi şəkildə himayə edən Türkiyə Cümhuriyyətinin suriyalı qaçınlara rəhm edib onları qəbul edəcəyi əvvəldən şübhə doğururdu. Bu cür videolar yayıldıqca və Türkiyə hakimiyyətinin Suriya xalqına qarşı beynəlxalq sionizmlə sövdələşmələrinə dair digər faktlar ifşa olunduqca bu şübhələrin əsassız olmadığı ortaya çıxır.

“Truth.ngo” sözü gedən videonu təqdim edir:

 

 

Həmid Türki

Leave a Response