Bu, Türkiyə xalqına lazım idi?!.. Türkiyə təkcə bir gündə Afrində 11 hərbçisini itirdi…

Afrində 11 türk hərbçisi həlak oldu

Türkiyə ordusunun  PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyat bəhanəsi ilə Suriyanın Afrin şəhərində apardığı döyüşlərdə, təkcə fevralın 10-da həyatını itirmiş türk hərbçilərinin sayı 11 nəfərə çatıb.

 

Truth NGO xəbər verir ki, bu barədə Türkiyə SH Baş Qərargahının son məlumatında bildirilir. Məlumata görə, ötən gün ərzində gedən döyüşlərdə daha 4 hərbçi həlak olub, daha 2 nəfəri isə yaralanıb. Gün ərzində PYD, YPG və İŞİD terrorçu qruplaşmalarının 13 üzvü məhv edilib.

Baş Qərargahın bundan əvvəl yayılan məlumatında gün ərzində 7 hərbçinin həyatını itirdiyi bildirilmişdi.

Ümumilikdə isə, Türkiyə ordusu indiyədək Afrində 30-dan itki verib, 70-dən çox hərbçi isə yaralanıb.

Qeyd edək ki, Türkiyə Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başladığını, hərbi əməliyyatın məqsədinin bölgənin PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

Amma bütün bunların bəhanə olduğu açıq-aydın ortadadır. Çünki Türkiyənin güya mübarizə apardığı İŞİD terror qruplaşması üzvləri hazırda Azad Suriya Ordusu (ASO) adlı terrorçu dəstənin tərkibində Türkiyə ordusu ilə çiyin-çiyinə Suriyada qırğınlar törətməkdədir.

Digər tərəfdən, Türkiyə güya kürd terrorçularına qarşı vurşduğunu bəyan edir. Halbuki, 2015-ci ilin iyun aylarının axırlarında Suriyanın Kobani şəhəri İŞİD-in mühasirəsində olanda, Türkiyə dövlətinin rəsmi axtarış siyahısında olan İraqdakı PKK terrorçuları ABŞ-ın göstərişi ilə Türkiyə ərazisinə daxil olub, bu ölkə ərazisində – Türkiyə əsgərlərinin gözlərinin içərisinə baxa-baxa, yüzlərlə kilometr məsafəni qət edərək Suriyaya daxil oldular. Türkiyə rəhbərliyi isə, əlləri dirsəyə qədər türk xalqının qanına bulaşmış bu terrorçulara güldən ağır söz belə demədi.  Amma  bu gün Türkiyə Suriyada güya kürd terrorçularına qarşı vuruşduğunu bəyan edir.

Bir sözlə, Türkiyə rəhbərliyi öz şəxsi mənafeyi naminə qanunsuz olaraq Suriya ərazilərinə daxil olmaqla həm  sadə türk xalqının balalarını və həm də Suriyada xalqını qırğına verir. Çünki Türkiyə təyyarələri, helekopterləri, tankları və toplarından atılan bombalar və mərmilər sivil xalqla terrorçunu bir-birindən ayırd edə bilmir.

 

 

Leave a Response