قالب وردپرس درنا توس

Bin-Salman Londonda yaxşı qarşılanmaq üçün bu qədər pul xərcləyib – Video

Məhəmməd Bin-Salman Londonda yaxşı qarşılansın deyə nə qədər pul xərcləyib?

 

Səudiyyə Ərəbistanın vəliəhdi, kralın oğlu və eyni zamanda ölkənin müdafiə naziri olan Bin-Salman London səfərində yaxşı qarşılanma olsun deyə bir milyon funt sterlinq xərcləməli olub.

Məlumata görə Səudiyyənin müvafiq qurumları səfər öncəsi təbliğat kompaniyasına , güya bu 34 yaşlı gəncin Səudiyyədə insan hüquqları ilə bağlı islahatalar keçirdiyini və Britaniyada sərmayələr qoymaq planlarının olması ilə bağlı təbliğat kompaniyaları aparıblar.

Amma bu Bin-Salmanı sığortalaya bilməyib. Belə ki Londona səfəri zamanı kütləvi etiraz aksiyaları onun siyasi imicini pis vəziyyətdə qoyub. Bu etirazlarda Səudiyyə koalisiyasının Yəməndə həyata keçirdiyi qətliamlar və Yəmən xalqını mühasirədə saxlamaq gündəmə gətirlib və Bin-Salman tənqid edilib.

Bin-Salman bu son səfəri bir çox hüquq təşkilatlarının etirazına görə cari həftəyə qədər təxirə düşmüşdü. Məhz buna görə Bin-Salam ötən ay Səudiyyənin Xarici İşlər Nazirliyində olan müvafiq qurumlara qarşı qəzəbini aşkar etmişdi. Bin-Salman London səfərinin gecikməsinə görə Səudiyyə Xİ idarəsində bəzilərini cəzalandırmışdı.

 

 

 

Mənbə

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *