- Cümə
Dekabr 19, 2018

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Azərbaycanda intiharın dəhşətli statistikası: Bir ayda 28 nəfər intihar edib, 23 nəfər cəhd göstərib

2018/02/02, 13:19


Azərbaycanda intiharın dəhşətli statistikası: Bir ayda 28 nəfər intihar edib, 23 nəfər cəhd göstərib

2018-ci ilin ilk günündən etibarən ölkədə baş verən intihar xəbərlərini yayımlamamaq qərarına gəlmişik. "Həyata bir də buradan baxın!" devizi ilə ayda 1 dəfə intihar statistikasını yayımlayacağıq.

2018-ci ilin ilk günündən etibarən ölkədə baş verən intihar xəbərlərini yayımlamamaq qərarına gəlmişik. "Həyata bir də buradan baxın!" devizi ilə ayda 1 dəfə intihar statistikasını yayımlayacağıq.

 

Təqdim etdiyimiz foto da statistikamızın ana şəkli olacaq. Bunun əsas səbəbi insanları hər hansı bir çıxılmaz duruma düşdükdə intihara əl atmasına təşviqin qarşısını almaqdır. Hesab edirik ki, “filankəs filan yerdə filan cür intihar etdi” kimi xəbərlər insanları daha çox intihara təşviq edir. Hətta bu cür məlumatların uşaqların televiziya qarşısında olarkən xəbərlər proqramında işıqlandırılması da müəyyən psixoloji təsirlər qoyur. İstər-istəməz uşaqlar intiharın nə olduğunu, o şəxsin nəyə görə bunu etdiyi barədə suallar ünvanlayır.

"Həyata bir də buradan baxın!" deməklə, ölümün bir addımlığında olanlara söylədiyimiz budur: ölümün bir addımlığında olanların hamısı peşman olur, sadəcə geri qayıtmağa imkan yoxdur. 

Bu xəbərləri işıqlandırmamaq da mümkün deyil. Amma işıqlandırmaq ictimai qınaq yaratmaq üçün olmalıdır. Ən azından elə işıqlandırılmalıdır ki, insanlar onlar intihar etdikdən sonra heç nəyin dəyişmədiyini, əksinə, ailəsinin daha da pis vəziyyətə düşdüyünü anlasınar.

Qərara gəlmişik ki, ay ərzində baş verən intihar və intihara cəhdləri bir dəfə - ayın sonunda cədvəl şəklində, adlı formada təqdim edək.

Qeyd edək ki, yanvar ayı ərzində əldə etdiyimiz məlumatlarda 28 nəfərin intihar, 23 nəfərin isə intihara cəhd etdiyini göstərir.

Hər hansı psixoloji gərginlikdə olan şəxslər intihara meyllənməkdənsə, dövlət tərəfindən yaradılmış pulsuz, hər hansı bir təmənnasız bir xidmətdən - Psixi Sağlamlıq Mərkəzi, Təcili Psixoloji Yardım şöbəsi, “İnam” telefon xəttindən yararlanmağı təklif edərdik: 012-566 -50-61





 

 

 

Mənbə

Tag və ya açar söz

Azərbaycanda intiharın dəhşətli statistikası: Bir ayda 28 nəfər intihar edib، 23 nəfər cəhd göstərib

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter