قالب وردپرس درنا توس

Azərbaycan bayrağının talış, ləzgi, tat və digər aborigen millətləri qəbul etməyib, Uzaq Şərqdən gələn türkləri təmsil etməsi normaldırmı?!

Həqiqət QHT (Truth NGO) – Axır vaxtlar sosial şəbəkələrdə Azərbaycan bayrağı haqqında qızğın bəhslər gedir. Bu bəhslərə səbəb o oldu ki Azərbaycandan Kərbəlaya, Ərbəin mərasiminə gedən zəvvarlar, zəvvar başçıları özləri ilə çoxlu sayda İmam Hüseyn (ə) bayraqlarını yox, Azərbaycan bayraqlarını aparırdılar. Həqiqətən də başqa illərə baxanda axır illər Azərbaycan bayraqları belə ziyarətlərdə çoxalıb. Başqa ölkələrin vətəndaşları bu qədər canfəşanlıq etmədiyi halda bunu Azərbaycan müsəlmanları edir. Nəisə, müzakirələrin çoxusunu oxudum və gördüm ki bayraq daşıyanlara qarşı əsaslı iradlar sürüləndə onlar millətçilik edib yazırdılar ki guya irad bildirənlərin hədəfi Azərbaycan türk bayrağıdır, türklükdür, və bu türkə qarşı düşmənçilikdir. Əslində söhbət tək Azərbaycan bayrağına yox, bütün bayraqlara aid olduğu halda mövzu nədənsə dəyişdirilib türklüyə qarşı düşmənçiliyə yozulurdu.

Burda haşiyəyə çıxıb öz fikirimi də bildirim. Əvvəla bayraq aparmaq olar, məsələn Nəcəfdən Kərbəlaya gedən yolda zəvvar başı bayrağı bir mayak kimi istifadə edə bilər, Azərbaycan gələn zəvvarlar bir birilərini itirməsin deyə bayraq mayak kimi əlbətdə istifadə edilə bilər. Amma onlarla bayraqla Ərbəin mərasizminə daxil olmaq, Məsumların (ə) hərərəmlərinin həyətində, mərasimlərdə iştirak edərkən çoxlu sayda Azərbaycan bayraqların dalqalandırılması hətta İraq polislərinin və hərbiçilərinin gözündən yayınmadı və onlar müdaxilə etməyə başladılar ki, bu nədir edirsiz, salın bayraqları aşağı.

Ərbəinə gələn adam Olimpiadya, Dünya çempionatına gəlmir ki bu qədər bayraqla Azərbaycan bayrağı ilə gəlirlər. Fikrimcə, bu iş xüsusi tapşırıqla görülür və bu işdə Azərbaycanın xüsusi orqanlarının əli var. Həmdə eyni bu adamalar ki Azərbaycan bayraqları ilə gedirdilər onlaırn əlində tək-tük İmam Hüseyn (ə) bayraqları var idi. Demək olar ki yox idi. Azərbaycan bayrağını aparan Əhli-Beyt (ə) bayrağını niyə aparmır? Nardaranda Azərbaycan polisləri İmam Hüseyn (ə) bayrağını yerə atıb yerinə Azərbaycan bayrağını sancanda eyni zamanda rəmzi olaraq dindarların əlindən də İmam Hüseyn (ə) bayrağını alıb Azərbaycan bayrağını verdi. Bəlli məsələdir ki bütün zəvvar başçıları Azərbaycan DTX-sı ilə əlaqəlidir. Demək istəmirəm ki onlar hamısı DTX-aya işləyir. Yox. Amma o strukturun təsiri var. Neçə vaxtdır ki biz müşahidə edirik, kim ziyarətə gedir elə bil özünə borc bilir ki Azərbaycan bayrağı ilə şəkil çəkdirib səhifəsində paylaşsın. Və bu hərəkəti ilə sanki göstərir və deyir: “Azərbaycan DTX-ası, bax mən vətənpərvər dindaram, mənimlə işin olmasın, mən irançı deyiləm, mən yaxşı dindaram.”

Kimsə bunu ürəkdən də edə bilər. Ola bilər. Lakin görünən odur ki Azərbaycan bayraqlarını Ərbəinə bu sayda aparmağın niyyəti Ərbəinin hədəflırindən camaatı yayındırmaqdır. Kimsə bunu tapşırıqla edir, kimsə avamlğından və bəsirətsizliyindən.

Bu iradlara cavab olaraq 20-30 müxtəlif ölkələrin bayrağını bir yerdə asıldığı tək-tük yerlərin şəkilini paylaşıb deyirdilər ki baxın burda başqa bayraqlar da var, niyə ancaq Azərbaycan bayrağına ilişirsiniz? Amma bu cavab deyil axı. Bu stolbaları Ərbəin mərasimində ziyarətgahın içində qoymayıblar ki. Nişanə kimi bızi yerlərdə qoyublar ki Ərbəində gələn insanların ölkələrini göstərsinlər. Simvolik bir nümunə kimi. Azərbaycan bayraqları isə həddən artıq sayda yerli-yersiz orda dalğalanırdı və İslam ümmətinin bir araya gəldiyi halda milli ayrı seçkilik gözə dəyirdi.

Əlavə edim ki bu bayraqda ayrıseçkilik, separatçılıq, millətçilik və şovinizm rəmzləri ilə bərabər İslam dininə fikrimcə hörmətsizlik ifadə olunub. Aşağıda sübut edəcəm.

Belədə ki Azərbaycan bayrağı bir dövlətin bayrağıdır, kiməsə əzizdir. Kökündə isə bu ancaq Azərbaycanda yaşayan türklərin bayrağıdır, yəni talışlara və başqa millətlər aid deyil. Amma yenədə də başqa millətin bayrağına sayğı göstərmək lazımdı. Hər nə olur olsun.

Bəli, bu bayrağın talışlara aidiyəti yoxdur. Ona görə ki bu bayraq talışları qəbul etmir. Bununla mən Azərbaycan bayrağını təhqir etmirəm sadəcə faktlar deyirəm. Bayraq söhbəti qalxan kimi Azərbaycanda türkçülük edən dindarlar dərhal mənfi reaksiya verdilər və bunu türkə qarşı bir düşmənçilik kimi gördülər. Sual verirəm. Bəs bu türkçü dindarlar bu sözləti dilə gətirəndə fikirləşmədilər ki Azərbaycan bayrağı bu ölkədə yaşayan bütün xalqları ehtiva etmir? Fikirləşmədilər ki bu ədalətsizlikdir? Dindarı narahat etmir ki onun ölkəsində yaşayan digər millətlər buna narahat olur? Biz türklə düşmənçilik etmirik, biz eyni hüquqlu münasibət tələb edirik. Bayraqda ya bütün millətlərin rəmzi olmalıdır, ya da heç birinin, və rənglər ümumi mənada olmalıdır. Amma Azərbaycan bayrağında göy rənglə ancaq türklər göstərilib və türkçülük göstərilib. Mən ona görə deyirəm ki bu bayraq ancaq Azərbaycan türklərinə aiddir və bu tezizi dindar türkçülər də təstiq elədi. Bu bayrağın Azəraycanda yaşayan talışa, ləzgiyə, tata, avara, saxura, kürdə, ərəbə və s. millətlərə aidiyyəti yoxdur.

Tarixdən bəllidir ki ilk Azərbaycan bayrağı 1918-ci ildə 21 iyunda qəbul oluinmuşdu. Həmin dövrdə Azərbaycan bayrağı Osmanlı Türkiyəsinin bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.

Azərbaycanın tarix elməli doktoru yazır. Bayrağın bu şəkildə olması da bir çox səbəblərlə izah edilir. Hesab edilirdi ki azərbaycanlılar türk xalqı olaraq böyük bir mədəniyyət sisteminə əsaslandığımızı sübut edirlər. Eyni zamanda, Gəncəyə gəlmiş Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın ətrafındakı “ilhaqçı”lar qrupu da “biz müstəqil dövlət yox, məhz Türkiyəyə birləşmək istəyirik” – deyərək, ciddi təbliğat aparırdı. Hətta o zaman Nuru Paşanın təkidi ilə Milli Şura fəaliyyətini dayandırmış, Tiflisdə yaradılan 1-ci Hökumət Kabinəsi buraxılmış, Gəncədə Nuru Paşanın istəyincə 2-ci hökumət kabinəsi formalaşmışdı. Qırmızı rəngli bayrağımız haqqında olan qərar da məhz həmin gərgin məqamlarda – ikinci hökumət kabinəsi formalaşandan dörd gün sonra verilmişdi”.

1918-ci ilin noyabrında Mudros müqaviləsi şərtlərinə uyğun olaraq, Osmanlı Türkiyəsi öz qoşunlarını Azərbaycandan çəkmək məcburiyyətində qaldı. İngilislərin ümumi nəzarətinə verilmiş Bakıya gələn general Tomson hələ Ənzəlidə olarkən “Mən Türkiyə intriqası ilə yaradılan bir dövlət tanımıram” deyərək, Azərbaycan istiqlalını şübhə altına almışdı. Belə bir vəziyyətdə ingilisləri və general Tomsonu Türkiyənin bayrağının oxşarı olan bir bayraqla qarşılamağa artıq səbəb qalmamışdı. Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə üçrəngli bayrağın yaradılması haqqında M. Ə. Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin təsviri və düzülüşü isə M. Ə. Rəsulzadənin “Açıq söz” qəzetindəki məqaləsindən götürüldü.

1918-ci ilin noyabrın 9-da isə üçrəngli dövlət bayrağı haqqında qərar qəbul edildi: “Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışdan:

“Eşidildi: Nazirlər Şurası Sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”.

Azərbaycam bayrağındakı göy rəng – türkçülüyü, qırmızı rəng– müasirliyi, yaşıl rəng– islam ideologiyasını ifadə edir.

Yəni beləliklə Azərbaycan hakimiyyəti tezliklə və rahatlıqla bayrağını dəyişdi ki ingiləslərin xoşuna gəlsin. Əslində bu alçaldıcı bir hadisədir.

Çıxarişa fikir versəz, görərsiniz ki rənglər belə gedir əvvəlcə yaşıl, sonra qırmızı, sonra göy. Yaşıl rəng (İslam rəmzi) üstdə olmalı idi. Lakin bu ardıcıllığa fikir verilmədi, bu bayraq qəbul olunmadı və İslam rəmzi lap aşağı düşdü.

Bəzi məlumtalra görə də bu bayrağı tərsinə çevirtdirən elə inglis generalı Tomson olub ki, bununla Azərbaycan rəhbərliyini və cumhuriyyətini alçaldmaq istəyib.

Qeyd edək ki, bu üçlük şüarının banisi türk dünyasının mütəfəkkiri, Rusiya və Türkiyə universitetlərində təhsil almış əslən Azərbaycandan olan Əli bəy Hüseynzadədir. 1907-ci ilin iyul ayının 10-da Bakıda özünün nəşr etdiyi “Füyuzat” (xeyir,fayda mənasındadır) jurnalındakı bir məqaləsində “Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan pantürkçü mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.

Göründüyü kimi, klassik şüardan fərqli olaraq, islamçılıq ikinci yerdən üçüncü yerə, müasirlik isə üçüncü yerdən ikinci yerə keçirilib. Bunu edən də Məmməd Əmin Rəsulzadə olub: “Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb ediyor – mütləqa 3 əsasa sarılmalıyız: Türkləşmək, müasirləşmək və islamlaşmaq” (“Açıq söz”, N 1, 2 oktyabr 1915-ci il). Azərbaycan bayrağı haqqında tarix elmləri doktoru Nəsiman Yaqublunun “Üç rəngli bayrağımızın mənası” adlı məqaləsinə istinad edirik.

Fikir versək görərik ki bu türkçü mütəfəkirlər rəglər barəsində heçnə yazmayıblar. Və ilk olaraq da Azərbaycan bayrağı qırmızı rəngdə idi. Bəs bu rənglər hardan gəldi? Qeyd edildiyi ki bu üç rəngli bayraq ingilislərin təkidi ilə qəbul olundu. Bu tarixi faktdır. Heçkəs də bunu danmır. Bu rənglər isə Böyük Britaniyanın bəzi müstəmləkə ölkələrinin bayraqlarında var artıq var idi. Məsələn Britaniyanın müstəmləkəsi olan Haran dövlətinin bayrağı eyni Azərbaycan bayrağının rənglərində idi və daha öncə qəbul edilmişdir. Bir fərqlə ki aypara ulduz üstdədir. Rənglər də eyni Azərbaycan bayrağındakı kimi sıralanırdı.

Bundan başqa Makran dövlətinin bayrağında da eyni Azərbaycan bayrağında olan rənglər idi, sadəcə yaşıl rəng üstdə idi.   Deməli Azərbaycanın indiki bayrağı ingilislərin əmri ilə qəbul olunub, rənglər də Britaniyanın müstəmləkə ölkələrinin bayraqlarından götürülüb, çünki Azərbaycan da artıq ingilislərin müstəmləkəsinə çevrilmişdi.

Şüarları rənglərə uyğunlaşdırdılar və göy rəngi də türkçülüyü nəzərdə tutur. İslam rəmzi isə lap aşağı endirlirb. Deməli bu sırf Azərbaycan türklərinin bayrağıdır və İslama burda aşağı yer verilib.

Azərbaycan bayrağında qırmızı rəngin üzərində ortada aypara və sək­kizguşəli ulduzun təsviri də verilib. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olmuşdu. Türklər 1453-cü il­də Konstantinopolu aldıqdan sonra həmin gerb Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilmiş və həmin dində olan başqa xalqlara keçmişdir. (Bax: M. Əliyev. “Qobustan”jurnalı, 1989, N 3). Halbuki aypara rəmz kimi İslam dinində olmayıb. Səkkiz güşəli ulduzun da müxtəlif izahları var. Məsələnb bir izaha görə o ulduz “Azərbaycan”, və yaxud “Odlar yurdu” sözünü işarələyir.

Yaxşı bəs talışların, ləzgilərin, tatların, kürdlərin, avarların, saxurların və s. Azərbaycanda yaşayan millətlərin rəmzi hanı? Belə çıxır ki separatçılıq elə Azərbaycan bayrağının özündə var ki türklər bir ali millət kimi ayrılır və üstün tutulur, başqa millətlərin isə heç bir rəmzə haqqı yoxdur. Bu bayraq qəbul ediləndə də talışlardan soruşulmamışdı. Heç bir Azərbaycan xalqından soruşulmamışdı. 1918-1919-cu illərdə Muğan Respublikası və Sovet Muğan Respublikası rusların və talışların təşəbbüsü ilə yaradılmışdır. Azərbaycan Cumhuriyyətinin separatçı hakimiyətindən fərqli olaraq Muğan Sovet Respublikası geriyə Rusiya Federasiyasının tərkibinə qayıtmaq fikrində idi. Amma pantürkçü və separatçı Azərbaycan hakimiyyəti Muğan Sovet Respublikasını dağıdır və ruslarla talışların haqlarını tapdalayır. Sonra isə ancaq türlçülük rəmzi olan bayrağını talışlara sırayır.

1993-cü ildə də beynəlxalq qanunlara və qaydalara uyğun olaraq Talış-Muğan Muxtar Respublikası yarananda talışlar öz milli bayraqlarını qəbul edirlər. Və o bayraqda heç bir millətçi, şovinist rəmzlər yer almır. Talışların öz bayrağı var. Və bu bayraqda həm ümumbəşəri həm də dini rəmzlər var.

Talış bayrağında dediyim kimi heç bir milli ayrı seçkilik yoxdur. Talış bayrağındakı qırmızı rəng – azadlıq uğrunda mübarizəni və şəhidlərin qanını, ağ rəng – paklığı və sülhü, yaşıl rəng – İslam ideologiyasını və məhsuldarlığı, bərəkəti ifadə edir. Rənglər yanaşı vertikal şəkildə durur. Ortada olan 12 şüalı günəş isə 12 İmamım (ə) və Peyğəmdərin (s) rəmzidir. Günəşin altında su dalğaları ilə “Allah” yazılıb, Xanim Zəhraya (sa) aid olan Kövsər bulağını və Kaspi dənizini ifadə edir. Talış bayrağı elədir ki tək dinlə bağlı deyil. Məsələn 12 şüalı günəş həmdə mükəmməllik, işıqlılıq, qalxan günəş, dirçəliş, inkişaf və daim hərəkəti ifadə edir. Talışlar universal bir bayraq qəbul ediblər və hamını nəzərə alıblar. Mən qeyd etdiyim dinə aid olan ifadələrdir. Orda qeyri dindar da ümumi bəşər rəmzlərini görə bilər. Bununla belə orda heç bir millətçi rəmzi yoxdur. Məsələn talışçılıq yoxdur. Çünki Talış torpaqlarında qeyri talışlarda yaşayır. Sadəcə bu rənglər irani xaqlarda lap qədimdən var, bu rənglərin 2600 il tarixi var.

Talışlar da Kərbəlaya Talış bayraqları ilə Ərbəinə getmişdilər. Lakin Ərbəin mərasimində heçkəs bu qədər sayda belə tərzdə talış bayrağını qaldırmırdı. Hətta yolda da qaldırılmırdı. Talışlar bir niyyətlə bayraqlarını ora apardılar ki müqəddəs hərəmlərə sürtüb təbərrük etsinlər. Axı Talış bayrağında Əhli-Beytin (ə) rəmzləri var.

Sonda demək istəyirəm ki Azərbaycan xalqlarının birliyini istəyən dövlət belə separatçılıq etməz, türkləri başqalarından üstün tutub ayırmaz, elə bayraq qəbul edər ki hamını nəzərə alınsın.

Ümumiyyətlə, Azərbaycan üçün bu bayraq çox uğursuz oldu. Birinci unatcverici məsələ budur ki Azərbaycanın indiki bayrağı ingilislərin əmri ilə qəbul olunub. Bu müstəmləkə bayrağıdır. İkincisi budur ki Azərbaycan bu bayraq altında iddia etdiyi torpaqlarını və müstəqilliyni itirə-itirə gedir. 20-ci əsrin əvvəlində necə itirirdisə indi də elə. Elə indidə müstəqil deyil. Böyük ölkələrin əlaltısı olan bir ölkədir və müstəmləkədir. Bir ailənin, klanın əlində oyuncaqdır, şəxsi şirkətdir. Sadəcə biraz müstəmləkəliyin forması dəyişib. Elə həmin bu bayraq altında da Məmməd Əmin Rəsulzadənin xeyir duası ilə on minlərlə azərbaycanlı gedib Faşist Almaniyasının ordusunda “Azərbaycan legonunda”, Hitlerə xidmət edib. Elə bilirdilər ki faşistlərin əli ilə müstəqilliyə qovuşacaqlar. Bu söz Ələkrəm Hümmətovun Ermənistana sülhməramlı səfərinə “xayanət” deyənlərən qulağına sırğa olsun. Sizin Məmməd Əmin Rəsulzadəniz bəşər düşməninin yanında, on milyonlarla insanın həytına son qoymuş Adolf Hitlerin yanında sığınacaq alımışdır və onun köməyi ilə müstəqilliyə nail olmaq istəyirdi. Nəisə sözümü yekunlaşdırıram. Amma axırda əziz talış millətimə bir neçə sual vermək istərdim. Azərbaycan bayrağı talışı qəbul etmirsə, talış o bayrağı niyə qəbul edib qaldırmalıdır və onun üçün qan tökməlidir? Burda bir məntiq varmı? Azərbaycan dövləti öz bayrağında talışı bir millət kimi görmürsə biz nəyə görə bu dövləti qəbul etməliyik? Azərbaycan dövləti bu yanaşma ilə özü ayrıseçkiliyin, şovinizmin, millətçiliyin, separatçılığın kökünü qoyubsa bizə niyə separatçı deyir? Fikirləşin bu barədə əziz talışlar, ləzgilər, tatlar, kürdlər, avarlar, saxurlar və başqaları… Azərbaycan isə öz bayrağını dəyişsə yaxşı olar, çünki separatçılıq və bölücülük o bayrağın ruhiyyəsindədir.

 

S.T.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *