Ayətullah Xamenei: “Myanmadan elə şeylər danışırlar ki, adamın yuxusu ərşə çəkilir”

İran İslam Respublikasının Ali lideri Ayətullah Seyid Əli Xamenei Myanma hadisələrindən danışıb.

 

O bildirib ki, Birmada yaşayan zülmə məruz qalan on minlərlə müsəlman Banqladeş sərhədində ən pis şəraitdə yaşayırlar.

Ayətullah Xamenei “Bizim nümayəndələrimiz getmişdilər ora, elə şeylər danışırlar ki, adamın yuxusu ərşə çəkilir. Qadınları öldürürlər, uşaqları öldürürlər, qoca-cavan kişiləri öldürürlər. Malların qarət edirlər. Kim bacarır canını götürüb qaçır. Budur bunların beynəlxalq hüququ. O beynəlxalq hüquq ki, əxlaqla, insanlıqla, mənəviyyatla, Allahla əlaqəsi yoxdur. Minlərlə müsəlman qətlə yetirilir, amma yalançı hüquq carçıları ağızlarını açmırlar. Heyvanlar üçün ürəyi yananlar, özlərinə aid olanlara bur şey olsa onu yüz dəfə böyüdərlər. Amma burda minlərlə günahsız, müdafiəsiz insanların qətliamına susurlar”, – deyə vurğulayıb.

 

 

 

 

Mənbə

Leave a Response