- Cümə
Dekabr 19, 2018

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Amerikalı hüquqşünaslar Trampın strateji müşavirinin təyinatının geri götürülməsini istəyiblər

2016/11/27, 00:15

Amerikalı hüquqşünaslar Trampın strateji müşavirinin təyinatının geri götürülməsini istəyiblər

Minlərlə tanınmış amerikalı vəkil bir məktub imzalayaraq, bu ölkənin yeni seçilmiş prezidenti Donald Trampdan istəyibdir ki, Stiven Banonun öz komandasının strateji müşaviri kimi təyin olunmasını ləğv etsin.

On beş mindən çox amerikalı vəkil və hüquqşünas indiyədək bu məktubu imzalayıbdır. Onların məqsədi, Trampın strateji müşaviri kimi Banonun təyinatı ilə müxalifəti nəzərə çarpdırmaqdır.

Bu məktub Trampın Banona qarşı geniş ittihamlar qarşısında öz seçimin müdafiə etməyə məcbur olduqdan bir neçə gün sonra bütün konqresmenlərin ixtiyarına verilibdir.

Banon millətçilik və irqçilik təmayülləri ilə məşhurdur.

Məktubda sonra deyilir: Tramp vəd edibdir ki, bütün amerikalıların prezdenti olacaq, amma Banonun baş müşavirlərdən biri kimi təyin olunması bu vədin düz əksini göstərir.

Tramp Nyu-York Tayms qəzeti ilə müsahibədə Banonun təyinatı müdafiə edib və belə deyib: Əgər bilsəydim ki, o, irqçidir, bu vəzifəyə təyin etməzdim.

Belə bir halda, Trampın keçid komandasında olan məsul bir şəxs dünən bildiribdir ki, Trampın seçki qərargahındakı tanınmış vəkil Dan Mak Qan Ağ Evin müşaviri və milli təhlükəsizlik işləri üzrə analitik K.T.Mak da milli təhlükəsizlik müşavirinin müavini təyin ediliblər.

Mənbə

Tag və ya açar söz

Amerikalı hüquqşünaslar Trampın strateji müşavirinin təyinatının geri götürülməsini istəyiblər

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter