قالب وردپرس درنا توس

“Amerika iki ərəb dövlətini İran əleyhinə silahlandırır” – Luis Fərrahan

Amerikada Müsəlman Cəmiyyəti lideri Luis Fərrahan, Trampın 2 iki ərəb dövlətini İran əleyhinə silahlandırdığını deyib.

Həqiqət QHT (Truth NGO) –  Luis Farrahan bu sözləri Tehranda mətbuat konfransında deyib və bildirib ki, bu böyük bir müharibənin başlanğıcı ola bilər.

Fərrahan həmçinin Trampı ehtiyatlı olmağa çağırırıb və  “əgər müharibə tətiyi  basılarsa, başqa ölkələr də iştirak edəcək və bu da Amerikanın sonu olacaq” deyə bildirib. O cümlədən bildirib ki, İran nüvə sazişinin bütün məddələrinə əməl edir.

“İslaminSesi”  xəbər verir ki, Bütün bunlara diqqət çəkən Fərrahan, ABŞ-ın iki ərəb ölkəsi, Səudiyyə və BƏƏ-ni İrana qarşı silahlandırdığını da deyib.

Həmçinin o, dünyada neftin əhəmiyyətinə işarə edərək, deyib ki, ABŞ və Britaniya neftlə zəngin olan şərq torpaqlarına göz dikib, burada hegemonluq etmək istəyirlər.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *